Bu həftə Nyu-Yorkda ABŞ-ın keçmiş prezidenti Donald Trampın “The Trump Organization” şirkətinin məhkəməsi başlayacaq.
Məlumata görə, o, işçilərinə az maaş vermək sxemi ilə vergidən yayınmaqda ittiham olunur.
Prokurorluğun iddiasına görə, “The Trump Organization” 15 il ərzində top-menecerlərin maaşlarını və mükafatlarını real miqdardan daha az göstərib və nəticədə onlar daha az vergi ödəyiblər.
Rəsmi ittiham vergi fırıldaqçılığı və sənədlərin saxtalaşdırılması üzrə irəli sürülüb. Trampın təşkilatını 1,6 milyon dollara qədər cərimə gözləyir.
Mənbə: lenta.ru