Axtarış...

Trampın “YouTube” hesabı da bloklandı

Trampın “YouTube” hesabı da bloklandı


“Google”a məxsus “YouTube” şirkəti ABŞ Prezident Donald Trampın video platformadakı hesabını blokladığını açıqlayıb.

Breakingthenews.net xəbər verir ki, keçən həftə tərəfdarlarını Kapitoli binasına girməyə təşviq etməkdə günahlandırıldıqdan sonra Prezident Donald Trampın video platformadakı hesabı müvəqqəti dondurulub.

Şirkətdən bildirilib ki, minimum yeddi gün ərzində kanala yeni məzmun yükləmənin qarşısı alınacaq və videoların altındakı şərhlər həmişəlik silinəcək.

Bu addım ABŞ prezidentinin həm “Twitter”, həm də “Facebook” hesabına qadağa qoyulduqdan sonra atılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz