Axtarış...

Tramp İsraili məyus etdi

Tramp İsraili məyus etdi

ABŞ prezidenti Donald Tramp ölkənin Qüdsdəki səfirliyinin açılışında iştirak etməyəcək.

Millitv.az Oxu.Az istinadən xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.

Məlumata görə, mayın 14-də keçiriləcək mərasimdə ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Con Sallivan başçılıq edəcək.

Qeyd edək ki, ABŞ bir neçə ay əvvəl İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə keçirməyə qərar verib.

Hazırda xarici dövlətlərin böyük əksəriyyəti Qüds uğrunda israillilər və fələstinlilər arasında ərazi mübahisəsinin olduğunu nəzərə alaraq, səfirliklərini Tel-Əvivdə saxlamağa qərar verib.

Bu arada mayın 7-də Paraqvay ayın sonuna kimi səfirliyini Qüdsə köçürəcəyini elan edib. Paraqvay hökuməti belə bir qərar qəbul edən üçüncü dövlət olub.

millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz