Axtarış...

10 il əvvəlki səs yazısı...

10 il əvvəlki səs yazısı...

ABŞ prezidenti Donald Trampın model Karen Makduqalla qeyri-qanuni münasibətdə olduğu sübut edilib.

Millitv,Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Trampın vəkili Maykl Koenlə modellə bağlı söhbətinin səs yazısı yayılıb. Ağ Ev rəhbəri vəkili ilə səs yazısında Karenin dediklərinin həqiqət olduğunu, təxminən 10 il əvvəl onunla qanunsuz eşq yaşadığını və bunu necə ört-basdır edəcəklərini müzakirə edir. Sonda isə o, Korenə "Nəğd pulla ödəniş etmə" tapşırığını verir.

Xatırladaq ki, Karen Trampla münasibətlərinin balaca oğlu Barron Trampın dünyaya gəldiyi ilə təsadüf etdiyini açıqlamışdı. Makduqal Trampla münasibətləri haqqında danışmaması üçün 150 min dollar aldığını və gizlilik müqaviləsi bağladığını bildirmişdi. Model bu yaxınlarda sazişin ləğvi üçün məhkəməyə müraciət edib. Tramp isə israrla Karenin söylədiklərinin həqiqət olmadığını deyirdi.

Qeyd edək ki, Donald Tramp Melaniya Trampla ailəlidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz