ABŞ prezidenti Donald Tramp Suriyaya raket zərbələri endiriləcəyi barədə anons verib.
APA-nın xəbərinə görə, D. Tramp bu barədə “Twitter”də yazıb.
“Rusiya Suriyaya doğru buraxılacaq bütün raketləri vuracağını vəd edir. Hazırlaş, Rusiya. Ona görə ki, raketlər gələcək – yaxşı, yeni və “ağıllı” raketlər. Xalqını qazla öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan".