Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti olub.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, Dövlət Komitəsi QSC-yə “Regionlarda keçiriləcək maarifləndirmə tədbirləri” ilə bağlı işlərin və xidmətlərin satınalınmasına görə 218 min 803 manat 86 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 2050 manat nizamnamə kapitalı olan “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur.
Şirkət 18 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb.