Axtarış...

4 aylıq şirkət həm İKT, həm də təmir-tikinti sektorunda fəaliyyət göstərir – Müəmmalı tender

4 aylıq şirkət həm İKT, həm də təmir-tikinti sektorunda fəaliyyət göstərir – Müəmmalı tender

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Kamıd” MMC olub.
ADPU abadlıq işləri üçün “Kamıd” MMC -yə 14 min 837 manat 50 qəpik ödəyəcək.
Tender müsabiqəsi (Korirovka sorğusu) aprel ayının 4-də elan olunub. Cəmi 4 ay əvvəl – 16.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Kamıd” MMC “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin keçirdiyi tender müsabiqəsində də qalib olub və 10 min 800 manat alıb.
Maraqlıdır ki, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” üçün İKT sahəsində xidmətlər (“isim.az”, “tobaccocontrol.az”, “nosmoke.az”, “ebmg.az” və “snsk.az” saytlarina illik qulluq, texniki dəstək, yeniləşmənin aparılması və onların müxtəlif sosial şəbəkələrdə o cümlədən “Fasebook” və “İnstagram” səhifələrində populirizasiya edilməsi) göstərdiyi halda, ADPU üçün abadlıq işləri görəcək.
Məlumat üçün bildirək ki, “Kamıd” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Hüseynov İsrafil Tofik oğlu olan MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 138A, m. 52”də yerləşir.
Maraqlı məqamlardan biri də odur ki, “Kamıd” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə bir neçə şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də eyni şəxslər olub.
“Kamıd” MMC ilə birgə “Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 138A, m. 52” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
4 aylıq şirkət həm İKT, həm də təmir-tikinti sektorunda fəaliyyət göstərir – Müəmmalı tender
4 aylıq şirkət həm İKT, həm də təmir-tikinti sektorunda fəaliyyət göstərir – Müəmmalı tender
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz