Axtarış...

Bir aylıq şirkət tenderin qalibi oldu – 48 min manat pul alıb

Bir aylıq şirkət tenderin qalibi oldu – 48 min manat pul alıb


Azərbaycan Respublikasının Gənclər Fondun tərəfindən təsis olunan “Gənclərin İnkişaf və Karyera Mərkəzini” MMC-nin keçirdiyi tender müsabiqəsinin qalibi "Smart Loyal Service” MMC olub.
Yeniavaz.com xəbər verir ki, "Smart Loyal Service” MMC “Gənclərin İnkişaf və Karyera Mərkəzini” MMC-nin sifarişi əsasında koronavirus (Covid-19) pandemiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların mahiyyətinin ölkə gəncləri arasında təbliği məqsədi ilə maarifləndirici, gəncləri ruhlandıran, evdə qalmaqlarına və birliyə çağırış xarakterli silsilə videoların çəkilməsi məqsədi ilə “Biz Birlikdə Güclüyük” sosial kompaniyası və “MərkəzdəsənSən” rubrikası çərçivəsində Mərkəzin müxtəlif region nümayəndəliklərində silsilə maarifləndirici video çarxların çəkilişi həyata keçirəcək.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün “Gənclərin İnkişaf və Karyera Mərkəzini” MMC "Smart Loyal Service” MMC-yə 47 min 750 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, "Smart Loyal Service” MMC cəmi 3 ay əvvəl – 19.05.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. “Gənclərin İnkişaf və Karyera Mərkəzini” MMC müsabiqə elanını iyun ayının 23-də elan olunub. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi bir ay əvvəl yaranıb.
Onu da bildirək ki, "Smart Loyal Service” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi bir ay əvvəl yaranan və 48 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 5 manat olan MMC-nin qanuni təmsilçisi Mütəllimov Samir Adil oğludur.
“Gənclərin İnkişaf və Karyera Mərkəzini” MMC isə 12.11.2018-ci ildə dövlət qeydiyyatına alınb. Nizamnamə kapitalı 20 manat olan Mərkəzin qanuni təmsilçisi Həşimova Rəvanə Fazil qızıdır.
Bu gün “Gənclərin İnkişaf və Karyera Mərkəzini” MMC-nin daha 3 şirkəti tender müsabiqəsinin qalibi elan etməsilə bağlı məlumat dərc olunub. “Gənclərin İnkişaf və Karyera Mərkəzini” MMC “Yeni ofisin cari təmir işləri” üçün “Trust 2018” MMC ilə 43 min 671 manat 80 qəpiklik, “KVİZ (Kim? Harada? Nə zaman?) Erudit yarışmasının” təşkili xidmətləri üçün “Fakaso” MMC ilə 48 min 980 manatlıq, “Açılmaqda olan rayon mərkəzlərinin tədbirlərin təşkili işləri” üçün isə “Peachline” MMC ilə 35 min 822 manat 50 qəpiklik müqavilə imzalayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz