Axtarış...

İcra Hakimiyyəti narkotik ittihamı ilə mühakimə olunan sahibkara 400 MİNLİK TENDER VERDİ - Belə də olurmuş...

İcra Hakimiyyəti narkotik ittihamı ilə mühakimə olunan sahibkara 400 MİNLİK TENDER VERDİ - Belə də olurmuş...

Yasamal Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfat Birliyi "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 369 191.91 AZN təşkil edən müqavilədə ofis mallarının satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlutlarında göstərilir ki, "Tikinti-Təmir-Bərpa-Təchizat” QSC-nin 18 mart 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi ev 98, mənzil 47-də yerləşir. QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur.

"Təmir-Tikinti-Bərpa-Təchizat” QSC şübhəli tenderlərdə istifadə olunan şirkətlərdən hesab edilir. Mediada bu şirkətin qalib olduğu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə iddialara rast gəlinir. Bu iddialar qarşı tərəfdən təkzib olunmayıb.

Bəzi ehtimallara görə, "Təmir-Tikinti-Təchizat-Bərpa” QSC tender kralları hesab edilən "İnpeks.N” MMC-ni və "VEST-LTD” QSC-ni əvəzləyir. Hər iki şirkətin satınalmalarda iştirak tarixi təxminən eyni vaxta düşür. Bu tarix həm də "İnpeks.N”in "görünməz” olduğu zamana uyğundur. "VEST-LTD” QSC ilk tenderini 25 sentyabr 2019-cu il tarixdə, "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC isə oktyabrın 4-də qazanıb.

Bu iki şirkətin nizamnamə kapitalının eyni məbləğ daşıması və təşkilati-hüquqi formasının (QSC) üst-üstə düşməsi deyilənlərin əsaslı olduğuna şübhələri artırır.

"Tikinti-Təmir-Təchizat-Bərpa” QSC 2020-ci ilin dekabrın 7-də keçirilən dövlət satınalmalarında 2 qurumdan 5 tender udub. Ümumiyyətlə isə şirkət 2019-2020-ci illərdə 39 tenderin qalibi olub. Bu satınalma müsabiqələrini Bakı rayonlarının yerli icra hakimiyyətləri və Mədəniyyət Nazirliyi keçirib.

"Təmir-Tikinti-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Elçin Əbilova gəlincə, onun adı cinayət işində keçir. Açıq mənbələrdə onun adına Vahid Məhkəmə Portalınada rast gəlinir.

Bəlli olur ki, Şirvan Apellyasiya Məhkəməsi Elçin Əbilov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs kimi mühakimə edib. Məhkəmənin nəticəsi barədə açıq mənbələrdə hər hansı bilgi yoxdur. Elçin Əbilovun ittiham olunduğu maddədə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
My family members all the time say that I am killing
my time here at net, however I know I am getting knowledge daily by reading such pleasant articles.


Here is my webpage :: บทความน่ารู้