Axtarış...

Xətaidə tender maxinasiyası – Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib?


Xətaidə tender maxinasiyası – Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib?

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə 139 383.96 manatlıq satınalma müqaviləsi imzalayıb. REPORTYOR.info xəbər verir ki, müqavilədə dəftərxana və təsərrüfat mallarının satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlutlarında göstərilir ki, “Tikinti-Təmir-Bərpa-Təchizat” QSC-nin 18 mart 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47-də yerləşir. QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur.
“Təmir-Tikinti-Bərpa-Təchizat” QSC şübhəli tenderlərdə istifadə olunan şirkətlərdən hesab edilir. Mediada bu şirkətin qalib olduğu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə iddialara rast gəlinir. Bu iddialar qarşı tərəfdən təkzib olunmayıb.
Bəzi ehtimallar görə, “Təmir-Tikinti-Təchizat-Bərpa” QSC tender kralları hesab edilən “İnpeks.N” MMC-ni və “VEST-LTD” QSC-ni əvəzləyir.
Hər iki şirkətin satınalmalarda iştiark tarixi təxminən eyni vaxta düşür. Bu tarix həm də “İnpeks.N”in “görünməz” olduğu zamana uyğundur. “VEST-LTD” QSC ilk tenderini 25 sentyabr 2019-cu il tarixdə, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC isə oktyabrın 4-də qazanıb.
Bu iki şirkətin nizamnamə kapitalının eyni məbləğ daşıması və təşkilati-hüquqi formasının (QSC) üst-üstə düşməsi deyilənlərin əsaslı olduğuna şübhələri artırır.
“Tikinti-Təmir-Təchizat-Bərpa” QSC 2020-ci ilin dekabrın 7-də keçirilən dövlət satınalmalarında 2 qurumdan 5 tender udub. Ümumiyyətlə isə şirkət 2019-2020-ci illərdə 39 tenderin qalibi olub. Bu satınalma müsabiqələrini Bakı rayonlarının yerli icra hakimiyyətləri və Mədəniyyət Nazirliyi keçirib.

“Təmir-Tikinti-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Elçin Əbilova gəlincə, onun adı cinayət işində keçir. Açıq mənbələrdə onun adına Vahid Məhkəmə Portalınada rast gəlinir.
Xətaidə tender maxinasiyası – Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib?

Bəlli olur ki, Şirvan Apellyasiya Məhkəməsi Elçin Əbilov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs kimi mühakimə edib. Məhkəmənin nəticəsi barədə açıq mənbələrdə hər hansı bilgi yoxdur. Elçin Əbilovun ittiham olunduğu maddədə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz