Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
Qurumun bu günə qədər olan vergi borcu 1 milyon manatdan çoxdur (1128675.38 AZN).
08.07.1996-cı il tarixində dövlət qeydiyyatına alınan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi İsmayılov Namizəd Ismayıl oğludur.
İcra başçısı Süleyman Mikayılovun rəhbərliyindəki qurumun vergi borcu üzə çıxdı - 1 milyon manatdan çox - FOTOFAKT
Qeyd edək ki, bu il iyul ayında Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Təmir-Təchizat-4” MMC olub. İcra Hakimiyyəti MMC-yə abadlıq işlərinin satınalınması xidmətinə görə 440 min 957 manat 86 qəpik ödəyəcək. 10 manat nizamnamə kapitalı olan “Təmir-Təchizat-4” MMC-nin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur. Şirkət 4 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb. 23 iyun tarixinə görə “Təmir-Təchizat-4” MMC-nin dövlət büdcəsinə 8 min 126 manat 80 qəpik vergi borcu var idi.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
Məlumat üçün bildirək ki, Qaradağ Rayon İcra Başçısı Süleyman Mikayılovdur.32gun.az