Axtarış...

Vədinə əməl etməyən aktyor

Vədinə əməl etməyən aktyor
Bu gün unudulmaz gülüş ustası Yaşar Nurinin doğum günüdür. Onu ömrünün sön illərində tanımaq, hər gün görmək, qarşılıqlı çay içərək söhbət imkanı əldə etmək mənim üçün böyük şansdı. O zamanlar Yaşar Nuri SPACE -də verirliş aparırdı. Xeyli əvvəl şirkətə gələr, bizim otağa keçib əməkdaşlarla salamlaşar, həmiya replika atar, üzlərdə təbəssüm yaradardı. Rejissor Natiq müəllimin arakəsmə ilə ayrılmış balaca otağında oturub qeydlərinə nəzər salar, sualları gözdən keçirərdi. Yaman çayxor idi.Vədinə əməl etməyən aktyorO gələn kimi fincanımı da götürüb ora keçər, ikimizə də çay süzüb şirin söhbətə başlardıq. Keçmişdən, uşaqlıq illərindən maraqlı söhbətlər edərdi. Bilirdim ki. xəstədir, amma hər dəfə hal-əhval tutanda baş barmağını yuxarı qaldırıb işarə ilə “əlayam” deyirdi. Amma bir dəfə səhhəti ilə maraqlananda kövrəldi, yaxşı deyiləm dedi: “İllərdir bu xəstəliklə əlləşirəm. Gəlib minib boynuma, düşmək fikri yoxdur. Amma məni yora bilmir, yorulmaq mənlik deyil. İndi burda oturmuşam özümü çox yorğun, əzgin hiss edirəm . Amma səhnədə bu yorğunluğu hiss etmirəm. Özümü xoşbəxt sayıram, çünki tamaşaçı sevgisi, alqışları mənə sanki ikinci nəfəs verir. Yaşamaq həvəsimi artır. Vədinə əməl etməyən aktyor
ə“Bir dəfə iki yaşlı nəvəm Məhəmmədi özümlə işə gətirmişdim. Yaşar Nuri onu qucağına götürdü, üzündən öpüb əzizlədi. Sonra görəsən, nəvə görmək mənə qismət olacaqmı, deyib köks ötürdü. Mən ona təsəlli verib, inşaAllah olar Yaşar müəllim,ürəyinizi sıxmayın dedim. Razılaşmışdıq ki, onun haqqında 15 dəqiqəlik şujet çəkək və həmin qısa filmin kadrlarında tək qəhrəmanı aktyor özü olsun. Hətta mətni də yazıb oxumaq üçün ona göstərmişdim. Çox xoşuna gəlmişdi. Çəkilişlər dəniz kənarında nəzərdə tutulmuşdu. Amma nədənsə çəkilş heç cürə baş tutmurdu. Gah şirkətin maşınları çəkilişlərədə olur, gah Yaşarın özünün vaxtı olmurdu, gan da hava çəkiliş üçün münasib olmurdu. Nəhayət maşını, operatoru gələn həftə üçün danışdım, aktyorun özünə xəbər verib razılaşdım.Vədinə əməl etməyən aktyor
Amma bir neçə gün sonra onun ağır xəstələndiyini və müalicə üçün Türkiyəyə aparıldığını eşitdik. Çox pis oldum. Onun tez bir zamanda sağalıb geri qayıtması üçün dualar etdim. Amma təəssüf ki, o qayıdandan sonra da çəkiliş alınmadı. Həkimlər onun uzun müddət ayaqda, gün altında olmasını yasaqlamışdıar. Ona görə də sənətkara sujet barədə bir kəlmə də demədim. Onun səhhətinın qorunması mənim üçün daha önəmliydi. Bir gün bu barədə özü söz açdı, dedi gözlə tam sağalım, sonra çəkərik. Mətni itirmə. Onun sözünə əməl edə bilmədim, mətn yazılmış əlyazmanı itirdim. O da sözünə əməl etmədi, bizi vaxtsız tərk elədi. Bir dəfə ondan soruşdum ki, aktyorluq peşəsini atasına görə seçib, yoxsa uşaqlıq arzusu olub?
Vədinə əməl etməyən aktyorDedi ki, hər ikisinin təsiri olub:”Uşaq vaxtı çox dəcəl, dalaşqan olmuşam. Bir dəfə də sinfin pəncərə şüşəsini sındırmışdım. Direktor dedi ki, get atanı çağır gəlsin şüşənin pulunu ödəsin. Atam mənim əlimdən tutub direktorun kabinetinə girəndı direktor onu tanıyıb yerindən qalxdı. İrəli gəlib hörmətlə görüşdü. Şüşənin pulu söhbətini isə heç dilinə gətirmədi. Atama göstərilən hörmət onun sənətinə görə idi. Ona görə də qərara aldım ki, mən də aktyor olacam. Lakin atam uzun illər sənətdə külüng vurdu, quru bir ada həsrət qaldı. Mən özümə söz verdim ki, elə böyük bir sənətkar olacağam ki, atama qismət olmayan bütün zirvələri fəth edəcəyəm. Sözümə əməl elədim, amma inan ki, şöhrət-şan heç zaman gözümdə olmayıb.” Mükafatları, təltivləri isə həqiqətən cox olub. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı, Azərbaycan SSR Lenin komsomolu mükafatı, Azərbaycan SSR xalq artisti" fəxri adı, "Yaramaz" filmindəki Maşallah roluna görə 1990-cı il üzrə "Qızıl dərviş" mükafatı, Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü,, Cəfər Cabbarlı mükafatı, "Şöhrət" ordeni, Milli Kino Mükafatı-na layıq görülüb. Vədinə əməl etməyən aktyorYaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində anadan olub. O ilk dəfə səhnəyə 11 yaşında ADMKT-də “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında isə “Yelkən” verilişinin aparıcılarından olub. İllər keçdikcə televiziyaya ilk dəfə Buratino obrazı ilə çıxan və elə Buratino kimi simasından gülüş və səmimiyyət yağan, tamaşaçısını öz qeyri-adi cazıbəsinə salaraq ardınca aparan bu oğlan uşağı böyüdükcə daha çox efirlərə dəvət alır, daha çox sevilirdi. Böyüdükcə uşaq verilişlərindən böyük verilişlərinə keçdi. Həmin vaxtlar daha çox əyləncəli proqramlardakı səhnəciklərdə oynayırdı.Vədinə əməl etməyən aktyor O, tərəf müqabilləri olan böyük aktyorlardan zərrə qədər geri qalmırdı, hətta onların arasında belə fərqlənir, seçilməyə başlayırdı. İnstitut dövründə isə Yaşar Nuri “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız Müqəssirlər”də Neznamov və s. obrazları yaradıb. Səhnədə ilk rolu Aleksandr Vampilovun “Övlad” komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o, İlyas Əfəndiyevin “Bağlardan gələn səs” dramında Pərviz, Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı “Bəşərin komediyası və yaxud Don Juan”da Sqanarel , Əkrəm Əylislinin “Quşu uçan budaqlar” pyesində Qasım, Mehdi Məmmədovun təfsirindəki “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, Fuad və Zəminə Hacıyevlərin hazırladığı “Sevil”də Əbdüləli bəy obrazlarını canlandırıb. Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası kimi qəlbləri fəth edib. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Vədinə əməl etməyən aktyorBunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə...”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək olar. Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd Bazar Günü” filmində yaratdığı Seyran obrazı Yaşar Nurinin kinoda ilk işi oldu. Onun maraqlı rollarından biri “Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır.Aktyorun yaddaqalan obrazlarından biri də “Yol Əhvalatı” filmindəki Makintoş roludur.Vaqif Mustafayevin müştərək işlərindən olan “Musiqili Xaş” və “Bəyin Oğurlanması” (rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil (“Bəyin Oğurlanması”) obrazının xüsusi yeri var.Onun yegənə səhv, bağışlanmaz cəhəti işkiyə qarşı zəifliyi idi. Bəzən hətta təmaşaya belə işkili gələndə onu bağışlayır bu səhvini keçirdilər. Özünü yeyib-içən oğlan adlandırırdı.Vədinə əməl etməyən aktyorAmma düşünmürdü ki, səhhəti əldən gedir. Həyat yoldaşı, qızları onun həyatı üçün çox narahatl olurdular. Lakin heç bir çərçivəni qəbul etməyən Yaşar əzizlərini də eşitmirdi. İlk dəfə qaraciyərində yaranan problem ona yeni ciyər köçürülməsi ilə nəticələndi. Hamı düşünürdü ki, bundan sonra Yaşar artıq səhəhtini qoruyar, özünə fikir verər. Yaşar Nuri isə məhdudiyyətlərə sığmayan insan olduğundan, həkimin verdiyi məsləhətlərin tam əksinə olaraq yenə özünü qorumadı. Özü-özünün qatilinə çevrildi və bu səbəbdən ömrünün sön illərini səhnədən daha çox xəstəxana köşələrində keçirdi. Haqqında dörd-beş dəfə ölüm xəbəri yayıldı. Kim idi bu xəbəri yayan? Bilən yoxdu. Vədinə əməl etməyən aktyor2012-ci ilin noyabrında növbəti ölüm xəbəri düz oldu. Səhnəmizin Yaşar Nurisi, Elçini, Makintoşu... dünyaya əlvida etdi. Özündən sonra yaddaşlarda rolları, dillərdə dolaşan lətifələri, ilıq təbəssümü, gah kədərli, gah da şən siması, kadrlardan güıümsəyən gözləri qaldı.


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz