Bir oğlan var imiş. Oğlan daşyonan imiş. Həmişə deyinərmiş ki, “ Ay Allah, mən niyə varlı olmadım? Mən varlı olsaydım nə olardı?! Bütün gün daş yonmaqdan bezmişəm offf...”.
Bir dəfə deyinəndə bir qoca onun sözlərini eşidir. Deyir:
-Bala. Niyə elə deyirsən, gör sən necə varlısan!
-Mən?- deyə oğlan təəccüblə gülməyə başlayır.
-Qoca: “Gözünü çıxart mənə ver, əvəzində sənə çoxlu qızıl verərəm”.
Oğlan qorxudan qışqıraraq deyir:
-Yox. Heç vaxt.
-Onda qolunun birini ver, sənə gözəl bir ev verərəm!
- Vermərəm,-deyə oğlan cavab verir.
-yaxşı onda başqa orqanlarından birini ver! Söz verirəm ki, sənə çoxlu qızıl verəcəyəm!
- Yox. Vermərəm.
Qoca: “İndi gördünmü, sən nə qədər varlısan?. Allah sənə gör nələr verib. Allahın verdikləri ilə zəhmət çək pul qazan, varlı ol” -deyib gedir.
Oğlan o gündən bir də şikayətlənmir. Həmişə Allaha şükür eləyib, “ Allahım, sən gör nələr vermisən!” deyir...
ÖLüm mələyinin gözlənilməz sürprizi Məşhur xətiblərdən biri deyib: “Bir məclisə moizə etmək üçün dəvət olunmuşdum. Məni ora aparan sürücü maraqlı bir hadisə nəql etdi. O belə söylədi: ”Mənim bir dostum var idi. Bir gün bərk xəstələndiyini eşidib onun görüşünə getdim. Halını soruşdum. O dedi: mənim ömrüm qurtarıb. Bu xəstəlik məni məhv edəcək. Ona görə də sizdən halallıq istəyirəm. Məni bağışla”.
Ona ürək-dirək verdim və halallıq verdiyimi bildirdim. Onunla xudahafizləşib otağından çıxdım. Həyətdə onun həyat yoldaşının qənd doğradığını gördüm. Ondan soruşdum ki, bu qədər qəndi neyləyirsən? Cavab verdi ki, ərimin yaşamasına ümidim yoxdur. Bu qəndləri onun yas məclisi üçün hazırlayıram. Bu sözü eşidəndə çox pis oldum. Axı atalar da deyib ki, çıxmayan cana ümid çoxdur. Dostumun can yoldaşının ərinin ölümünə etinasız yanaşması və önun üçün kədərlənməməsi məni məyus etdi. Dostumun sağalması üçün dualar edib, ordan uzaqlaşdım.
Səkkiz gündən sonra yenidən dostuma baş çəkməyə getdim. Düşünürdüm ki, yəqin halı daha da psləşıb, bəlkə da can üstündədir. Evlərinə çatanda qapının üstünə qara parça asıldığını gördüm.Dostumun dünyasını dəyişdiyini zənn edib çox kədərləndim. Amma qapıda onun özünü görməyim məni təəccübləndirdirdi və eyni zamanda sevindirdi.
Mənə dedi ki, təəccüblənmə:”Sən bizim evdən çıxandan sonra, xanımım qəndi doğradığı vaxt infarkt keçirib öldü. Amma mən Allahın istəyi ilə sağaldım”.
Peyğəmbər (s) bu barədə belə buyurub: “ Hər kim sabahı ömründən saysa, ölümü yaxşı tanımamışdır.” (“ Nəhcül- fəsahə”, səh.598.) Allah -Taala Quranda buyurur:” O zaman ki, onların əcəli yetişdı, bir an gecikməz və ya irəli getməz”.