Ötən gün Nizami metrostansiyasında qatarda bir oğlan qızı təpiklə vurub.
Daha sonra qolundan itələyərək ona xəsarət yetirib. Nəticədə qızın dodağı partlayıb.
Məsələ ilə əlaqədar Open.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, baş vermiş hadisə ilə bağlı Bakı metropoliteni üzrə polis şöbəsində təhqiqat araşdırma aparılır”.