Bir müəllim var imiş. O, şagirdlərinin hamısına xüsusi diqqət və qayğı ilə yanaşarmış, hər birini düşünərmiş, lakin şagirdlərdən məhz birinin məntiq və ağlını daha yüksək qiymətləndirərmiş, hər yerdə tərifləyərmiş. Bir gün o biri şagirdlər müəllimə deyirlər:
-Nəyə görə siz onu bizdən daha çox istəyirsiniz?
-Çünki savad hər bir uşaqda ola bilər, lakin həmin oğlanda həm də düşüncə tərzi genişdir.
Müəllim nə qədər sübütlar gətirsə də şagirdləri ona inanmırlar. Sonda müəllim onları sınamaq qərarına gəlir. Bir gün ev tapşırığı olaraq hər şagirdə Allahın görmədiyi bir yerdə dərslərni hazırlamağa tapşırır. Sabahısı gün bütün şagirdlər tapşırığı yerinə yetirdinlərini bildirirlər.
Kimisi quyuda, kimisi ağacın başında, bəziləri də uşaq ağlının düşünə biləcəyi yerlərdə dərslərni hazırlamışdı. Təkcə müəllimin fərqli yanaşdığı uşaq dərs tapşırığına əməl etməmişdi. Müəllim bunun səbəbni soruşduqda cavab verir ki, hara getsəm, Allah məni görəcəkdi.Cünki onun görmədiyi, bilmədiyi heç bir yer yoxdur. Müəllim istədiyi suala cavab alandan sonra üzünü şagirdlərinə tutub dedi:İndi bildiniz mən bu uşağı niyə çox istəyirəm?!
Nifrətdən sevgiyə bir addımlıq yol O, bu evə gəlin gəlmiş, elə ilk gündən qayınanası ilə bir yerdə yaşamağa başlamışdı. Ancaq çox keçmədi ki, qayınanası ilə aralarında dava- dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi. Dava-dalaşdan bezən gəlin, bir gün kəndlərindəki Loğmanın yanına gedərək dərdini ona açıb danışdı.
Loğman ona bitkilərdən bir zəhər hazırladı və bunu hər gün az-az qayınanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şüphələnməsin deyə, qayınanası ilə xoş davranmağı da tapşırdı. Evə qayıdan gəlin tələsik işə başladı. Hər gün qayınanası üçün cürbəcür yeməklər bişirir, təbii ki bu yeməklərə zəhər qatmağı unutmurdu. Heç kim şüphələnməsin deyə, onunla xoş rəftar edir, qulluğunda durur, yuyundurur, paltarlarını yuyub ütüləyirdi, Çay dəmləyib ikilikdə söhbət edərək içərdilər.
Gəlinin bu diqqət və qayğısından duyğulanan qaynananın bəd rəftarı xoş davranışa çevrilmiş, ona doğma qızı kimi yanaşmağa başlamışdı. Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi. Bir gün yenə Loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasını ölümdən xilas etmək idi, Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
-Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər isə sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.