Salyandakı hadisə ilə bağlı ŞOK TƏFƏRRÜAT: Əvvəl dayım qızını almışdı, indi də xalam qızını...
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Salyan rayonunun Qaraçala qəsəbəsində gəlin toy mərasiminə bir gün qalmış başqasına qoşulub qaçıb. Bəy, qız evinə gedən zaman gəlinin başqa bir oğlana qoşulub qaçdığını öyrənib. Bu zaman məlum olub ki, gəlin toydan bir gün öncə, yəni, el arasında "heyvankəsdi" adlanan vaxt evdən qaçıb. Çıxılmaz duruma düşən bəy, toy günü bir neçə saat ərzində başqa bir gəlin taparaq evinə gətirib.
Toy günü pis vəziyyətə düşən oğlan tərəfi baş verənlər barədə Space TV-yə danışıb.
Bəyin yaxın qohumu qızı qaçıran şəxsin evli olduğunu deyib:
"Qız Rza adlı oğlana qaçıb. Həmin oğlan 2-3 il bundan əvvəl mənim dayım qızını almışdı. 2 il ailəli olduqdan sonra dayım qızı acıq eləyib atası evinə qayıtdı. Hələ boşanmayıblar. İndi də xalam qızını qaçırdı".
Toya kifayət qədər pul xərcləyən ailə vəziyyətdən çıxmaq üçün digər varianta əl atıb. Elə toy günü qonşu Qarabağlı kəndindən olan qohum qızlarından birini evinə gəlin gətirib.
Qaracala kənd sakinlərinin sözlərinə görə isə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlanla qoşulub qaçıb. Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib.