Axtarış...

22 yaşlı oğlan 1 il əvvəlki səhvinin qurbanı oldu - TƏFƏRRÜAT

22 yaşlı oğlan 1 il əvvəlki səhvinin qurbanı oldu - TƏFƏRRÜAT


Kürdəmir rayonunda 22 yaşlı oğlanın intihar etməsi hadisəsinin təfərrüatı məlum olub. Lent.az xəbər verir ki, Garıs Əyribənd kəndində yaşayan və özünü Girdiman çayının kənddən keçən hissəsindəki körpüdən asaraq öldürən 1996-ci il təvəllüdlü Cabbarov Əli Vidadi oğlunun gödəkcəsinin cibindən məktub tapılıb.



Bildirilir ki, hadisə martın 28-nə keçən gecə baş verib. Dünən səhərin açılması ilə kənd sakinləri körpüdən asılı vəziyyətdə qalmış meyiti görüb, müvafiq orqanlara məlumat veriblər. 22 yaşlı Əlinin valideynləri də dərhal ora gəlib və atası onun cibindən kağız parçası tapıb. Məktubunda Ə.Cabbarov ata-anasından halallıq istəyib. Həmçinin qeyd edib ki, 1 il əvvəl etdiyi səhvi canı bahasına ödəməlidir, onu başa düşsünlər.

Ailə üzvləri 22 yaşlı Əlinin hansı hadisəyə görə bu əmələ əl atdığını bilmədiklərini deyiblər.



Qeyd edək ki, Ə.Cabbarovun ailəsi çətin maddi durumda olub.



Araşdırmalar davam etdirilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz