Tibb elmləri namizədi Rəşid Mahmudov BakuPost saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Rəşid müəllim, sizi bu xalqa, cəmiyyətə sevdirən nədir?
- Mən orta məktəbdə də hər işdə öndəydim. Məktəbə gedib-gəlmək üçün hər gün 8 kilometr yol gedirdim. Məktəbimizin direktoru bir gün dedi ki, sənə qızıl medal vermək üçün atana denən 300 manat versin, yuxarı verəcəm. O vaxt bizim üç inəyimiz, 11 qoyunumuz və bir eşşəyimiz var idi. Onların hamısını satsaydıq da, 300- manat eləmirdi. Direktorumuz Həsən Cəfərliyə dedim ki, bizim o pulu verməyə gücümüz çatmır. Mənə acığı tutdu. Əslində, məni çox istəyirdi. Amma imtahanda mənə elə sual verdi ki, onu heç özü də bilmirdi. Heç bir kitabda o yox idi. Mənə iki yazmaq istədi, amma Vəliyev Əhməd müəllim onu dinləmədi, mənə layiqli qiymətimi - beşimi yazıb yola saldı. Əhməd müəllim o vaxt ədalətli davranmasaydı, mən heç universitetə girməzdim. O gündən sonra mən özümə dedim ki, Rəşid, sən bundan sonra hər yerdə haqq-ədalətli olmasan, sən əclafsan. Bax, o vaxt özümə belə bir söyüş qoydum və bu gün də o sözümə əməl edirəm. Həmişə ədalətli olmağa çalışıram.
- Sizin üçün ziyalı olmaq nə deməkdir?
- Ziyalı insan elə ədalətli olmalıdır. Mən düşünürəm ki, bu gün bizim vəziyyətimizin günahkarı ziyalılarımızdır. Millətin sərvəti onun ziyalısıdır. Bir ziyalı nurdur, o, xalqına yol göstərməlidir, həqiqəti deməlidir ki, hansı yolla gedək. Əgər bir ziyalı yaltaqdırsa, bir it yalına hürürsə, vay o millətin halına. Biz çalışmalıyıq ki, yalançılıq, ədalətsizlik aradan qaldırılsın.
- Bugünkü təhsilin səviyyəsi sizi qane edir?
- Yox eləmir. Boloniya sistemi var, o sistem ibtidai siniflər üçündür, tarix, ədəbiyyat üçündür. Müəllimlərimiz savadlı olmalıdır. Əgər sən xırda bir orqandan dərs deyirsənsə, bütün orqanlardan da məlumatın olmalıdır. Mən təklif edərdim ki, əlaçı tələbələr ali məktəbi bitirəndən sonra işlə təmin olunsun. Tələbələrdə elmə, təhsilə həvəs yaradılmalıdır. Laboratoriyalarda avadanlıqlar olmalıdır, tələbələr praktiki cəhətdən öyrənməlidirlər.
- Bir dəfə televiziyada dediniz ki, Quranda hər şey var. Sonra da elmdən danışırsınız. Elmlə Quran bir yerə sığırmı?
- Bəli, Quranda hər şey var, amma biz onu tərcümə edə bilmirik. Quranda astronomiya ilə bağlı məsələləri astronomlar, tibblə bağlı şeyləri həkimlər, riyaziyyatla bağlı şeyləri riyaziyyatçılar və s. tərcümə etsəydi, yaxşı olardı. Camaat Quranı oxuyub, gedib Nobel mükafatı alır.
"O dünyaya biqeyrət kimi getmək istəmirəm”
- Ümumiyyətlə, dinlərə münasibətiniz necədir?
- Mənim üçün din saflıq, paklıq, həqiqət, vicdan, ədalətdir. Biz dinimizi yaxşı bilmirik. İslam ən mükəmməl dindir. Savadsız mollaların dediklərinə qulaq asmaq olmaz. Nə qədər ki, hamımız bərabər deyilik, varlılar kasıblara pul vermir, biz uduzacağıq, məğlub olacağıq.
- Biri əziyyət çəkib qazanıb, niyə kasıba verməlidir?
- Çünki o əziyyətlə qazanmayıb, oğurlayıb. Məmurlar xalqın pulunu oğurlayır. Bizim görüləsi işlərimiz çoxdur, görülmür. Orta məktəb kitablarına gic-gic nağıllar salırlar, niyə mənim qəhrəmanlarımı, tarixi şəxsiyyətlərimi, ziyalılarımı salmırsan kitaba? Pakistanda vəba xəstəliyi yayılmışdı, hamı qırılırdı. Zeynalabdin Tağıyev öz pulu ilə dərman alıb göndərdi və Pakistandakı müsəlmanlar qırılmadı. Bu gün onların orta məktəb kitabını açsaq görərik ki, Tağıyevin şəkli, haqqında məlumatlar var. Amma bizdə küçəyə çıx və soruş camaatdan ki, Tağıyev kimdi? Gör tanıyacaqlar? Tanımayacaqlar.
Məmurlar üzlərini millətə tərəf çevirməlidir. Biz vətənimizi, millətimizi sevmirik. Qarabağı almağın bircə yolu var, bir bomba Xankəndinə, bir bomba aeroporta, birini də Laçın dəhlizinə. Rus da heç nə deyə bilməz, mənim torpağımdır, atıram.
"Qoy 9 milyonumuz qırılsın, bir milyonumuz qalsın”
Məni aparın, bombanı verin əlimə, dediyim yerlərin hamısına bir bomba atım, məhv olsunlar. Sonra da deyərsiniz ki, bu köpəkoğlu Rəşid dəlidir, güllələyərsiniz. Mən müharibə istəyirəm. Bütün büdcəmizi verib silah ala bilərik və yarım saata Ermənistanı yerlə-yeksan eləyə edərik. Qoy 9 milyonumuz qırılsın, bir milyonumuz qalsın. Bu problemə biz cavab verməliyik. Nəvələrimizə saxlamamalıyıq. Ya ölməliyik, ya da torpaqlarımızı azad etməliyik. Mən biqeyrət kimi o dünyaya getmək istəmirəm.
- Rəşid müəllim, sizi bəzən müxalifətçi adlandırırlar.
- Mən haqqı danışan adamam. Nə iqtidaram, nə müxalifət. Kimsə rüşvət alırsa, ona qarşı çıxmaq lazımdır. Dövlətə qarşı çıxmaq axmaqlıqdır. Sabitliyi daxildə qorumaq lazımdır və işlərimizi görməliyik. Biz yumruq kimi birləşməliyik.
- Tənqidi çıxışlarınıza görə hansısa irad bildirən olurmu?
- Yox, başımı sığallayırlar, deyirlər sən nə yaxşı oğlansan? Məni maşınla vurdular, işdən çıxardılar, amma ölmədim, işə də qayıtdım, Allah imkan vermədi onlara.
-Rəşid müəllim, indi tənqidi çıxışlar edirsiniz. Bəs, məsələn, 40-50 yaşınızda nə edirdiniz?
- Mən 35 yaşımdan "podval”lara aparılıram. Kəfənimi geyinib gəzirəm küçələrdə. Bu, həkim xalatı deyil, kəfəndir.
- Ölümdən qorxmursunuz?
- Mən özümü içimdə öldürmüşəm, dəfn etmişəm. Onda həyat gözəl olur, saf və pak olursan. Mən çoxdan ölmüşəm.
- Gənclərə nə məsləhət verirsiniz?
- Çox gözəl gəncliyimiz yetişir, xaricdə təhsil alırlar. Onları istiqamətləndirmək, düz yol göstərmək vacibdir. Savadlı və ədalətli olmağı gənclik özü seçməlidir. Hamı gəldi-gedərdir, vətəni qorumalıyıq, qeyrətli olmalıyıq. Şəhidlərimizin ruhunu incitməməliyik. Bu vətən, bu torpaq onlara qalacaq. Bəzi cavanlar yaltaqdırlar. Onlar görür ki, kim yaltaqlanır, çörək yeyir, o da yaltaqlanmağa başlayır.