Axtarış...

Arif Həşimov Elm və Təhsil Nazirliyinə müavin gəlir? - AÇIQLAMA

Arif Həşimov Elm və Təhsil Nazirliyinə müavin gəlir? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Millitv.az cebhe.info-ya istinadla xəbər verir ki, yerli mediada hazırda AMEA prezidentinin səlahiyyətlərini icra edən Birinci vitse-prezident Arif Həşimovun Elm və Təhsil Nazirliyinə müavin gələcəyi ilə bağlı iddialar səslənir. İddia olunur ki, Arif Həşimov elm və təhsil nazirinin müavini olaraq elm sahəsini kurasiya edəcək.

Məsələ ilə bağlı AMEA prezidentinin səlahiyyətlərini icra edən Birinci vitse-prezident Arif Həşimovla əlaqə saxladıq.

Cebhe.info-ya danışan Arif Həşimov səslənən iddiaları təkzib edib: “Belə bir məlumat yoxdur. Səslənən iddialar əsassızdır”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz