Axtarış...

Müqəddəs yerlər boş qalmır: Amma AMEA prezidenti yeri hələ də BOŞDUR - AÇIQLAMA

Müqəddəs yerlər boş qalmır: Amma AMEA prezidenti yeri hələ də BOŞDUR - AÇIQLAMA


“Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident seçkilərinin nə vaxt keçirilməsi haqqında məlumatım yoxdur”.

Millitv.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında AMEA-nın prezidentlik vəzifəsini icra edən akademik Arif Həşimov deyib.

O, AMEA-nın Nizmanaməsinə düzəliş və əlavələrin də ötən ay təqdim olunduğunu bildirib.

Xatırladaq ki, fevral ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçkilər keçirİlməyib.

Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib. Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın nizamnaməsinə uyğun olaraq Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

Növbəti Ümumi Yığıncaqda quruma prezident seçkisinin keçirilməsi açıqlansa da, sonradan məsələnin yığıncağın gündəliyində yer almadığı bəlli olub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz