Axtarış...

Təhsil nazirinin hüquqları artırıldı - FƏRMAN

Təhsil nazirinin hüquqları artırıldı - FƏRMAN

Təhsil nazirinin hüquqları artırılıb.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Təhsil naziri Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq. Başqa sözlə, nazir nazirliyin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz