Axtarış...

AMEA büdcə pullarını dağıtmaqla məşğul olub? - Pul xərclənibsə, HANI ELM?

AMEA büdcə pullarını dağıtmaqla məşğul olub? - Pul xərclənibsə, HANI ELM?


Xəbər verdiyimiz kimi, iyulun 22-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib.

Strategiyada ölkəmizdə tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulub.

Bundan əlavə son günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti də yenidən ciddi tənqid olunmağa başlanılıb və AMEA-nın ləğvi məsələsi ictimaiyyət arasında müzakirə predmetinə çevrilib.

Əsas irəli sürülən fikirlərdən biri isə AMEA-nın ləğvi və elmi tədqiqatların dünya təcrübəsində olduğu kimi müstəqil tədqiqat institutları tərəfindən aparılmasından ibarətdir. Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elşən Qafarov qeyd edib ki, elm və təhsilin inkişafı baxımından ayrı-ayrı tədqiqat institutlarının yaradılması vacibdir:

“Ölkə Prezidentinin sərəncamında öz əksini tapan 2 tədqiqat universitetinin yaradılması, düşünürəm ki, zəruri addımdır. Bu yaranmış vəziyyəti qarışlamaq zərurətindən irəli gəlir. Bununla yanaşı AMEA artıq formal quruma çevrilib. Biz müstəqillik dövründə Elmlər Akademiyasının hansısa fundamental elmi kəşfə imza atdığına şahid olmadıq. Və əksinə ötən 31 il ərzində 100 milyonlarla vəsait Akademiyanın saxlanmasına xərclənib.

Ekspert AMEA-da görülməsi zəruri olan tədbirlərə də toxunub:

“Düşünürəm ki, yeni elmi tətqiqat institutlarının yaradılması ilə yanaşı AMEA-nın struktur baxımından yenilənməsinə, elmi tədiqat institutuna çevrilməsinə ehtiyac var. Yaxud da ayrı-ayrı institutların struktur dəyişiklikləri aparılaraq elmi-tədqiqat mərkəzlərinə çevrilməsi üçün müəyyən addımlar atmaq lazımdır. Hal-hazırda isə AMEA Azərbaycan elminə xüsusi bir töhfə verə biləcək durumda deyil”.

Elşən Qafarov tədqiqat institutları ilə paralel olaraq AMEA-nın saxlanılmasının nə dərəcədə səmərəli ola biləcəyinə də münasibət bildirib:

“Əgər gələcəkdə elmi araşdırmalar tədqiqat institutlarında aparılacaqsa, hər il büdcədən AMEA-nın saxlanılmasına 100 milyonlarla vəsaitin ayrılmasına nə ehtiyac var? Və Elmlər Akademiyası hal-hazırda hansı funksiyanı yerinə yetirir?

AMEA-da ciddi elmi potensial toplanıb ki, ondan istifadə etmək lazımdır. Eyni zamanda “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da göstərildiyi kimi ali təhsil müəssisələri də elmi-tədqiqat mərkəzlərinə çevrilməlidir. Çox təəssüflər olsun ki, biz praktikada bunu görə bilmirik. Lakin təhsil islahatları davam edir və inanırıq ki, gələcəkdə formal yox, məzmun baxımından da dəyişikliklərin şahidi olacağıq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz