Məktəblərdə müəllimlər üçün pul toplanır? - Təhsil Nazirliyi isə susmağa üstünlük verir
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkələrdə 5 oktyabrda qeyd olunacaq Müəllimlər günündə valideynlərdən pul toplanması barədə müxtəlif informasiyalar yer alır.
Hətta bəzi sosial şəbəkə hesablarında məktəblərin adı qeyd olunaraq valideynlərdən pul toplandığı barədə xəbərlər yayılır. Valideynlər arasında geniş müzakirə edilən bu informasiyaya Təhsil Nazirliyi tərəfindən heç bir reaksiya verilmir.
Məsələyə aydınlıq gətirmək üçün Cebhe.info 3 gün əvvəl Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsa da, sualın nazirliyin e-mail ünvanına sorğu şəklində göndərilməsinin vacibliyi bildirilib.
Eyni gün sorğu deyilən ünvana göndərilsə də, ötən müddət ərzində cavablandırılmayıb. Qeyd edək ki, 5 oktyabr bu dəfə həftənin şənbə gününə təsadüf edir və dövlət müəssisələrində, eləcə də əksər məktəblərdə qeyri-iş günüdür.
Xatırladaq ki, bu, Təhsil Nazirliyinə ünvanlanan sorğuların cavabsız qalmasıyla bağlı ilk hal deyil. Nazirlik 15 gündən artıq müddətdə Cebhe.info-nun fərqli mövzu ilə bağlı sorğusunu da cavablandırmayıb.