Axtarış...

: ““Şəhidin əmisi qızıyam”, “qazinin filan qohumuyam”, “qapılar mənə açıq olmalıdır” kimi fikirləri normal qəbul etmirəm”

: ““Şəhidin əmisi qızıyam”, “qazinin filan qohumuyam”, “qapılar mənə açıq olmalıdır” kimi fikirləri normal qəbul etmirəm”


“Qazi və şəhid ailəsi adından sui-istifadə hallarına nifrətlə yanaşıram. Torpaq uğrunda canını verən və ya yaralananlar ən böyük titula və hörmətə layiqdirlər. Şəhid adı daim uca tutulmalı, bu ada xələl gətirilməməlidir. Həmin ad xırdalananda şöhrətini itirir, qəhrəmanlıqdan əsər-əlamət qalmır. Təəssüf ki, belə adlardan sui-istifadə halları çoxalıb. Mən də belə hallarla çox rastlaşıram. Bəzən mübahisələr olur ki, mənə dəbdəbəli ev tikdirməlisən və ya qəbirüstü abidə bahalı olmalı, başqalarınkından seçilməlidir. Bu, cəmiyyətdə qıcıq doğurur. Şəhidlər Vətən uğrunda canlarını fəda ediblərsə, misal üçün, onların adına verilmiş küçə adları da dəb xatirinə bir-birindən yüksək olmamalıdır”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, bir sıra hallarda qazi və ya şəhid adından istifadə edərək qapıları döyüb müəyyən imtiyazlar istəyirlər: “Onsuz da dövlət belə şəxslərə böyük diqqətlə yanaşır. Həmin kateqoriyadan olanların həyatının normallaşdırılması üçün bir sıra qərarlar qəbul edilib, fərman və sərəncamlar imzalanıb. “Şəhid bacısıyam”, “şəhidin əmisi qızıyam”, “qazinin filan qohumuyam”, “qapılar mənə açıq olmalıdır” və s. kimi fikirləri normal qəbul etmirəm. Lakin elə şəhid ailələri də var ki, onlar müəyyən köməkləri qəbul etməyib, qeyd ediblər ki, “Övladımın dəfnini keçirmək imkanım var və oğlum Vətən yolunda canını verdiyi və şəhidlik zirvəsinə ucaldığı üçün fəxr edirəm”. Yəni, bəzi ailələr onların övladlarına vaxtında təhsil, iş verdiyinə görə dövlətə daim minnətdardır. Onlar deyirlər ki, bizim övladımız torpaq uğrunda şəhid olubsa, bunun əvəzində kimdənsə nəsə istəməli deyilik. Dövlət vaxtında həmin şəhidə qayğı göstərib, onu yaşadıb, o da dövlətin, torpağın, Vətənin yolunda gedib. Yəni, yanaşmalar müxtəlifdir. Sui-istifadə halları isə şəhidin adına, ruhuna qətiyyən uyğun deyil. Belə şəxslərlə nəinki təkcə dövlət, bütün ictimaiyyət mübarizə aparmalıdır. Qazilərin, şəhidlərin adını ucuzlaşdırmaq olmaz, onlar bizim üçün müqəddəsdirlər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
[url=http://woti.online
[url=http://woti.online