Axtarış...

Astarada Şəhidin adı NİYƏ ƏBƏDİLƏŞDİRİLMİR? - GİLEY

Astarada Şəhidin adı NİYƏ ƏBƏDİLƏŞDİRİLMİR? - GİLEY


Ramazanov Rövşən Qardaşxan oğlu Vətən Müharibəsində noyabrın 1-də Xocavəndin Qırmızıbazar zirvəsi və Cütcü kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. O, Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə iştirak edib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİA.AZ-ın məlumatına görə, Şəhidin anası Gülnarə Ramazanova Pravda.az-a deyib ki, əbədiləşdirilməsi üçün R.Ramazanovun adının təhsil aldığı Astara rayon Burzubənd kənd orta məktəbinə verilməsini istəyirlər.

Bunun üçün Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun olaraq Nazirlər Kabineti qarşısında müvafiq vəsatətin qaldırılması ilə bağlı iki dəfə yazılı şəkildə ərizə ilə müraciət edilib.

Ailənin ilk müraciətində Astara rayon icra hakimiyyətindən Rövşənin medallara sahib olduğu halda, onun hər hansı medala sahib olmadığı və buna görə də müraciətin təmin edilməyəcəyi ilə bağlı cavab alıblar. İkinci müraciətlərinə olan cavabda isə bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3-cü maddəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının Azərbaycan Respunlikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar, Azərbaycan Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərdə ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar. Şəhid Ramazanov Rövşən Qardaşxan oğlu isə Milli Qəhrəman adını almadığına və ordenlə təltif olnmadığı görə ailənin müraciəti təmin edilməyib.

Ailə, həmçinin bu məsələ ilə bağlı Milli Məclisin sədri Sahibəyə Qafarovaya da yazılı şəkildə müraciət edib. Müraciət xanım spiker tərəfindən baxıldıqdan sonra aidiyyəti üzrə yenidən baxılmaq üçün Astara rayon icra hakimiyyətinə göndərilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz