Axtarış...

“Şöhlət oğlu” restoranından şəhid övladlarına qarşı BİABIRÇI HƏRƏKƏT – “Müdiriyyət icazə vermir”

“Şöhlət oğlu” restoranından şəhid övladlarına qarşı BİABIRÇI HƏRƏKƏT – “Müdiriyyət icazə vermir”

İsmayıllı rayon ərazisində yerləşən “Şöhlət oğlu” restoranının rəhbərliyi şəhid və qazi övladlarına qarşı kobud hərəkət edib.

Bu barədə Bizim.Media-ya açıqlamasında “Əmanət” şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsinin rəhbəri Sərxan Bağırlı bildirib. O, açıqlamasında qeyd edib ki, layihə çərçivəsində 33 şəhid və qazi övladları üçün Şamaxı rəsədxanasında düşərgə təşkil edilib.


“Səfər çərçivəsində uşaqlara müxtəlif rayonlara turlar təşkil edirik. Bu gün proqramda uşaqlar üçün Qəbələ turumuz var idi. İsmayıllı rayonuna çatanda uşaqlar təbii ehtiyaclarını ödəmək istədiklərini dedilər.


Bizdə hər zaman olduğu kimi bir restoranın yanında saxlayıb, rəhbərlikdən xahiş etdik ki, bu işdə bizə yardımçı olsunlar.

Lakin restoranın administratoru bizə rəhbərlik tərəfindən buna icazə olmadığını bildirdi. Mən yenə də onların mərhəmət hisslərinə arxayın olub qeyd etdim ki, bu uşaqlar şəhid və qazi övladlarıdır.

İcazə verin, uşaqlar restoranın ayaqyolundan istifadə etsinlər. Özünü restoran nəzarətçisi adlandıran şəxs qəti surətdə bizə bildirdi ki, buna müdiriyyət icazə vermir, biz buraxa bilmərik.

Bu zaman mən onlardan heç olmasa ödənişli əsaslarla icazə verməklərini xahiş etdim. Bu uşaqların atalarının qanı ilə qazanılan bayrağı restorandan asıb saxta görüntü verən şəxslər yenə də israrla bizə məkanı tərk etməyi bildirdilər.


Restoranın rəhbəri isə uzaqdan bunu görüb əli ilə administratora işarə etdi ki, bizi məkandan uzaqlaşdırsın. Bu zaman dözməyib onlara “Heç olmasa onların atalarının qanı ilə qazanılan bu bayraqdan utanın” deyə iradımı bildirdim. Buna cavab olaraq administrator bildirdi ki, “Bunu problem etmirik, bir dəfə dedik ki, buraxmırıq”.


Layihə rəhbəri həmçinin qeyd edib ki, məsələ ictimailəşəndən sonra bir neçə dostumuz ictimai qınaq üçün restorana gediblər.

“Bu zaman restoran rəhbərliyi onları söyərək təhqir edib”.

Qeyd edək ki, “Əmanət” şəhid və qazi övladlarının fərdi inkişafına dəstək vətəndaş cəmiyyəti noyabr ayından fəaliyyət göstərir. Cəmiyyət 120 nəfərlik müəllim heyəti ilə 200 qazi və şəhid övladlarına təmənnasız təhsil verir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz