Axtarış...

Aprel Şəhidinin xanımı KİV-ə müraciət etdi - "...irad bildirməyə mənəvi haqqımız vardır"

Aprel Şəhidinin xanımı KİV-ə müraciət etdi - "...irad bildirməyə mənəvi haqqımız vardır"
“Biz, ən əziz, yaxın, doğma insanlarımızı Vətənimizin bütövlüyü, azadlığı uğrunda fəda etmiş ailələrik. Güman edirəm ki, sizə, mediada və KİV-də yayılan bəzi xoşagəlməz informasiyalar barədə irad bildirməyə mənəvi haqqımız vardır”.

Modern.az xəbər verir ki, bunu şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alıyeva KİV nümayəndələrinə ünvanladığı müraciətdə bildirib.

“Biz Azərbaycan gəncliyinə, övladına hər zaman və hər yerdə Şəhidlərimizi və onların döyüş yolunu nümunə göstəririk. Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri dəyərləri yaşadır və təbliğ edirik. Çox istərdik ki, bu müqəddəs dəyərləri təbliğ etməkdə bizim arxamızda olasınız. Cəmiyyəti düzgün və sağlam informasiya ilə təmin etməkdə yardım edəsiniz.

Lakin bəzi KİV sosial şəbəkələrdə bizim müqəddəs bildiyimiz dəyərlərimizi müzakirə obeyktinə çevirərək, Şəhid adına yaraşmayan ailə-məişət problemlərini gündəmə gətirir və geniş müzakirə mövzusuna çevirir. Xatırladım ki, Şəhid ailələrinin daxili ailə problemi ictimai müzakirə mövzusu ola bilməz! Bu zaman biz cəmiyyət olaraq dəyərlərimizə və sayğı duyduğumuz insanlara inamı itirəcəyik.

Gəlin Qəhrəmanlarımızı təbliğ edək onların uğrunda can verdikləri Vətənimizi tanıdaq, Azərbaycanımızı 30 ildir didib-parçalayan Qarabağ problemini gündəmdən düşməyə qoymayaq.

İnanıram ki, müraciətimizə diqqət və sayğı ilə yanaşacaqsınız”,-deyə S.Alıyeva qeyd edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz