Axtarış...

“ İRANA SANKSİYALARIN LƏĞVİ İLƏ BAĞLI VYANA DANIŞIQLARI “ nə vəd edir.

“ İRANA SANKSİYALARIN LƏĞVİ İLƏ BAĞLI VYANA DANIŞIQLARI “ nə vəd edir.
Iran Islam respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinə dair danışıqlarla bağlı məqaləsində İranın mövqeyini şərh etmişdir. İran İslam Respublikası danışıqlarla bağlı ciddi mövqe və xoş məram nümayiş etdirərək, hesab edir ki, müzakirələrin praktiki və hiss olunan nəticəsi sanksiyaların aradan qaldırılması olmalıdır .

**Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin nəticələrinə baxış

Vyanada ABŞ-ın ambisiyaları ucbatından uğursuzluğa düçar olmuş altı raund intensiv danışıqlardan sonra biz indi danışıqların yeni mərhələsinə başlamaq ərəfəsindəyik. Bu danışıqların əsas məqsədi İran xalqının hüquqlarını reallaşdırmaq və bütün sanksiyaları aradan qaldırmaqdır. Bu sanksiyalar İranla bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən çıxan Birləşmiş Ştatlar tərəfindən birtərəfli və ekstraterritorial olaraq tətbiq edilmişdir .
Birləşmiş Ştatların 2018-ci ilin may ayının 8-də İranla bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən birtərəfli qaydada çıxması beynəlxalq aləmdə qeyri-qanuni hərəkət kimi tanınaraq, pislənilmişdir. ABŞ-ın bu cür qeyri-qanuni hərəkətlərinin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə tam məhəl qoymaması və çoxtərəfliliyi sarsıtmaq, beynəlxalq sülh və təhlükəsizliyə əsas təhlükə yaratmaq məqsədi daşıdığına dair beynəlxalq konsensus mövcuddur.
ABŞ-ın yeni administrasiyasının fəaliyyətə başlamasına baxmayaraq, nəinki bütün qeyri-qanuni və birtərəfli sanksiyalar qüvvədə qaldı, hətta İrana qarşı sanksiyalar tətbiq etmək siyasəti davam etdi. Aydındır ki, ABŞ-ın bu hərəkətlərindən məqsəd İranın, Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin digər üzvlərinin və beynəlxalq ictimaiyyətin bu sazişdə və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulan hüquq və imtiyazlardan yararlanmasının qarşısını almaqdır. Birgə Hərtərəfli Fəaliyyət Planı sazişini imzalayan üç Avropa ölkəsinin hökumətləri , baxmayaraq ki , ABŞ-ın bu mövqeyini qeyri-qanuni və qəbuledilməz hesab etmişlər ,lakin praktikada öz susqunluğu və hərəkətsizliyi ilə bu mövqeyi bir növ dəstəkləmişlər . ABŞ-ın dağıdıcı hərəkətləri və üç Avropa ölkəsinin bununla bağlı qəti mövqeyinin olmaması, əldə olunan razılaşmanı səmərəsiz və onun İran üçün bütün iqtisadi faydalarını məhv edib. Bu, son bir neçə ilin acı reallıqlarıdır ki, gələcək üçün bir mayak olmalıdır.
İndiki ABŞ administrasiyası tərəfindən Tramp administrasiyasının destruktiv mövqeyinin davam etdirilməsi, ABŞ administrasiyasının reallıqda öhdəliklərini yerinə yetirmək iradəsinə malik olub-olmaması və əvvəlki uğursuz siyasətlərindən əl çəkməyə hazır olması ciddi sual doğurub. ABŞ-ın son aylardakı yanaşmasını və hərəkətlərini nəzərə alsaq, bu sualın cavabı çətin görünmür.
Heç kim İranın öz öhdəliklərinə tam əməl etməkdə ciddiliyinə və xoş məramına şübhə edə bilməz. ABŞ-ın əldə olunan sazişdən qeyri-qanuni olaraq çıxması və sanksiyaların tətbiqindən sonra, İran yenə də xoş niyyət nümayiş etdirərək , cavab tədbirləri görməkdən imtina etdi və razılaşmanı imzalayan digər ölkələrin və Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin koordinatoru kimi çıxış edən Avropa Birliyinin xahişini nəzərə alaraq , saziş çərçivəsində öhdəliklərinin icrasını dayandırmamış və bununla da imkan yaratmışdır ki, sazişi imzalayan digər tərəflər ABŞ-ın razılaşmadan çıxması nəticəsində yaranan mənfi şərtləri kompensasiya etsinlər . Lakin bu qeyri-konstruktiv vəziyyətin davam etməsi və bir illik strateji səbirdən sonra ABŞ-ın sanksiyalarının artması və üç Avropa ölkəsinin öz öhdəliklərinə əməl etməməsi səbəbindən İranın Birgə Hərtərəfli Fəaliyyət Planı sazişin 26-cı və 36- cı maddələrindən irəli gələn hüquqlarından istifadə edərək , 2019-cu ilin may ayının 8-dən etibarən öhdəliklərinin bir hissəsinin icrasını mərhələlərlə dayandırmaqdan başqa çarəsi qalmamışdı .
Yaranmış vəziyyətlə bağlı heç bir dəyişikliyin olmaması və sazişin müvafiq tərəfləri tərəfindən təsirli tədbir görülməməsi və Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin uğursuzluğa düçar olmasnı nəzərə alaraq , İran İslam Şurası Məclisi 2020 –ci ilin dekabr ayının 2- də "Sanksiyaların ləğvi və İran xalqının maraqlarının qorunması Strateji Fəaliyyət Planı" qanununu təsdiqlədi. Qanuna əsasən sazişi imzalayan tərəflər öz öhdəliklərinə əməl etmədikdə və bu öhdəlikləri tam yerinə yetirmədikləri təqdirdə, hökümət saziş çərçivəsində İranın bütün könüllü öhdəliklərinin icrasına mərhələli şəkildə son qoymalıdır.

** Vyana danışıqlarına gedən yol

Qərbin Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən doğan öhdəliklərini icra etməməsinə baxmayaraq, İran İslam Respublikası yenidən xoş məramlılıq nümayiş etdirərək və birtərəfli və qeyri-qanuni sanksiyaların aradan qaldırılması məqsədilə indi 4+1 ölkələri ilə “yaxşı razılığa” nail olmaq üçün nəticəyönümlü dialoqa hazırdır.
İran İslam Respublikası bu yolda xoş niyyət və ciddi qətiyyət nümayiş etdirərək , Vyanada “yaxşı razılaşma” əldə etmək üçün lazımi iradəyə malikdir.
Bu proses kontekstində biz heç vaxt unutmamalıyıq ki, mövcud vəziyyətin əsas səbəbkarı ABŞ-dır. Son dörd il ərzində Ağ Ev əldə olunan razılaşmaya son qoymaq üçün, səylərini əsirgəmədi . İran İslam Respubliksı belə bir şəraitdə Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin qorunması ilə bağlı lazımi qətiyyət göstərmişdir . Əvvəlki altı raund danışıqlarda İrana bəlli olan odur ki, Birləşmiş Ştatlar hələ də bu faktı anlamır ki, əldə olunan sazişdən çıxdıqdan sonrakı dövrdə İran xalqına qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etmədən, sazişə yenidən qayıtmaq mümkün deyildir .
BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi bütün üzv dövlətləri Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin icrasını dəstəkləmək üçün münasib addımlar atmağa çağıraraq , bu sazişdən doğan öhdəliklərin icrasını zəiflədən hər hansı addımlar atmaqdan çəkinməyə çağırmışdır.
Qarşıdakı danışıqların əsas məqsədi İran İslam Respublikası ilə ticarət əlaqələrinin normallaşdırılması və sabit iqtisadi əməkdaşlıq məqsədi ilə sazişin tam və səmərəli həyata keçirilməsi olmalıdır. Aydındır ki, sazişə qayıtmaq üçün İran bütün sanksiyaların ləğvindən tam yararlana bilməlidir. Sazişlə bağlı zəmanət veriləcəyi , dəymiş ziyanın nəzərdən keçiriləcəyi , sanksiyaların effektiv və yoxlanıla bilən şəkildə ləğvinin təmin edildiyi təqdirdə, İran kompensasiya tədbirlərini dayandırmağa hazırdır.
Keçmişin acı təcrübəsinin təkrarlanmayacağına və İranın iqtisadi tərəfdaşlarının sabit və heç bir narahatlıq olmadan İranla iqtisadi əlaqələrə girə biləcəyinə dair təminat verilmədikcə, ABŞ-ın sazişə mümkün qayıdışı bizim üçün maraqlı olmayacaq.
Qarşıdakı danışıqlarda aydın olan odur ki, İran yaxşı razılaşma əldə etmək üçün danışıqlarda xoş məramla iştirak edərək , sazişdən kənar tələbləri qəbul etməyəcək və İran İslam Respublikası sazişdən kənar məsələlərlə bağlı danışıqlara girməyəcək.
Bir daha demək istəyirəm ki, bu fürsət həmişəlik açıq qalacaq pəncərə deyil və ABŞ və üç Avropa ölkəsi bunu yaxşı başa düşməlidir. İran İslam Respublikası ABŞ-ın zalım sanksiyalarının aradan qaldırılması üçün mətin, güclü və fəal diplomatik səylərlə yanaşı, həm də ölkənin davamlı iqtisadi inkişaf proqramı ilə yanaşı sanksiyaların neytrallaşdırılması üçün təsirli plana malikdir.
Şübhəsiz ki, Tehran sülhməramlı nüvə proqramına sadiq olduğu qədər, öz alimlərinin və dinc nüvə sənayesinin nailiyyətlərini qoruyub saxlamağa sadiqdir və qeyri-qanuni və qeyri-insani sanksiyalara baxmayaraq , ölkənin bütün sahələrdə -sənaye, ticarət, naviqasiya, kosmos, müdafiə, elm və texnologiya , davamlı iqtisadi artım və digər sahələrdə inkişafına nail olacaqdır .
Biz hesab edirik ki, praktikada digər tərəflərin də siyasi iradəsi mövcud olsa, razılaşma mümkündür və əldə edilə bilər.
Qərbin öhdəliklərini yerinə yetirməsi ilə bağlı səhlənkarlığına və Ağ Evin qeyri-konstruktiv yanaşma və siyasətinə qarşı etimadsızlığa baxmayaraq, İran İslam Respublikası Vyana danışıqlarının yeni raundunda əsl iradə və xoş məramla sanksiyaların ləğvi istiqamətində uzunmüddətli və effektiv razılığa nail olmaq üçün çalışacaq . İran İslam Respublikasının nüvə danışıqları qrupu xoş məram , ciddi mövqe və İran xalqının mənafeyinə və hüquqlarına xidmət edən danışıqlar məntiqi ilə Vyanada danışıqlar masası arxasında fəal şəkildə iştirak edir. Həmkarlarım və mən də bu sahədə geniş danışıqlar təcrübəsinə malik olan danışıqlar qrupunun rəhbəri Dr.Bağerini tam dəstəkləyirik və lazım gələrsə, bununla əlaqədar həmkarlarımla daha çox məsləhətləşmələri həyata keçirəcəyik .


Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz