Məlumat üçün qeyd edək ki, mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir.
“Expressbank”ın səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.
“Exspressbank”ın xeyli sayda filialları var. Və filiallarda fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, depozitlərin qəbulu, bank kartları, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri göstərilir.
Onu da vurğulayaq ki, bankın filiallarında daha çox müştərilərə istehlak kreditləri təklif edilir.
Və “Exspressbank”ın ən zəif yeri də məhz budur.
Çünki bank faizinin yüksək olması, komissyon xərclər, xidmətin aşağı səviyyədə olması müştərilər tərəfindən ciddi narazılıqla qarşılanır.
Son iki ildə bankın aktivləri xeyli azalıb, hətta dəfələrlə bankın bağlanacağı barədə məlumatlar yayılıb.
Əslində Azərbaycanda 2015-ci ildə baş verən güclü devalvasiyadan sonra bankların bir çoxunda ciddi böhran yaşandı.
“Exspressbank” da bu böhrandan yayına bilmədi.
Hətta “Exspressbank”ın rəhbərliyində dəyişiklik edildi, “Express Bank”ın İdarə Heyətinə yeni sədr təyin edilsə də bank əvvəlki vəziyyətinə qayıda bilmədi. Əksinə bankda maliyyə durumu pisləşməkdə davam etdi.
Bütün bunlar azmış kimi bankın öz müştərilərinə qarşı sayqısız davaranışı da ciddi rol oynadı.
Təsəvvür edirsiniz bankın müştərisi yazır ki, kampaniya ilə bağlı sifariş vermişəm, 5 gündür bankla əlaqə saxlaya bilmirəm, bu bankda müştəri ilə maraqlanan yoxdur.
Görəsən, “Exspressbank”ın rəhbərliyi öz reklamında yerləşdirdiyi müştəri məmnunluğunun nə olduğunu başa düşürmü ?
Əgər müştəri xidmətdən məmnun olmasa, əlbəttə bank ayaqda qala bilməz.
Başqa bir müştəri yazır ki, “Exspressbank”da son zamanlar xidmətin səviyyəsi sıfıra düşüb, proqlamları ləng işləyir, bankın filiallarında işçilərin sayını o qədər azaldıblar ki, saatlarla gözləməli olursan və s.
Əlbəttə, bankda işçilərin sayının kəskin azaldılması bankın maliyyə durumu ilə bağlıdır.
Başqa bir müştəri isə bankın çatdıracağı bağlamanın itirilməsi ilə bağlı şikayət edir və heç kimə bu bankla əməkdaşlığı məsləhət görmür.
Düzdür, bank əhalinin sıx olduğu metro çıxacaqlarında filiallar açmaqla nəyəsə nail olmağa çalışsa da, unudur ki, əsas məsələ müştəri rəyidir.
Axı, bu günün müştərisi 10 il əvvəlin mustərisi deyil ee.
Bu günkü müştəri narazı qalan kimi sosial şəbəkəyə daxil olub öz narazılığını minlərlə insana çatdıra bilir.
Bizim müşahidəmizə görə, yaxın zamanda Azərbaycanda xeyli sayda bank öz fəaliyyətini dayandıracaq.
Belə banklardan biri, bəlkə də birincisi, “Exspressbank”dır.
Əlbəttə, biz bunu arzulamazdıq. //gundelik-baku.com//