Bakıda bəzi bankların filiallarında dollar satışı dayandırılıb.
FED.az-ın müşahidə apardığı xəbər verir ki, bu gündən etibarən «BaNk BTB», «ATABank» və «NBC Bank»da dollar satışı dayandırılıb. Filiallarda bunu «Bank BTB», «ATA Bank» və «NBC Bank»da isə hələ filialda dollar partiyasının olmadığı, sifariş edildiyi, hələ gətirilməməsi ilə izah ediblər.
Bütün bank filiallarında əhali tərəfindən dollara tələbatın yüksək olduğu bildirilir.
FED.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bakın göstərişinə görə, banklarda dollar satışı limitlə həyata keçirilir. 500 dollara qədər vəsait sənədsiz, 500 dollardan arıq məbləği isə şəxsiyyət vəsiqəsi göstərilməklə almaq olar.