Axtarış...

Qazimiz “Expressbank”la "döyüş"də... - "“Yaşat Fondu”ndan pul al, gecikmədən faizini ödə”

Qazimiz “Expressbank”la "döyüş"də... - "“Yaşat Fondu”ndan pul al, gecikmədən faizini ödə”

Vətən müharibəmizin iştirakçılarından biri Hüseynov Fuad Mirzəağa oğlu döyüşdən qayıtdıqdan sonra indi də “Expressbank”la "döyüş"ə başlayıb.

Qazimiz Moderator.az-ın redaksiyasına şikayəti zamanı bildirib ki, o, döyüşdə olduğu üç ay müddətində bank ona gecikmə faizi hesablayıb. Bu məbləğ artıq 800 manat olub. Aşbaz işləyən qazimiz döyüşlər başlayarkən iki azyaşlı övladını qoyaraq döyüşə yollanıb:
Qazimiz “Expressbank”la "döyüş"də... - "“Yaşat Fondu”ndan pul al, gecikmədən faizini ödə”

“İki övladımı qoyub döyüşə yollandım. Ailəmlə birlikdə kirayədə yaşayırıq. Ötən il “Expressbank”dan 4800 manat kredit götürmüşdüm və hər ay da vaxtında ödəyirdim. Elə oldu ki, Vətən müharibəsi başladı və sentyabrın 29-da səfərbərliyin çağırışı ilə döyüşə yollandım. Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı istiqamətində gedən döyüşlərdə iştirak etdim”.

F.Hüseynov deyir ki, o, döyüşdə olarkən həyat yoldaşı banka döyüşdə olmasıyla bağlı məlumat verib:

“Mən döyüşdə olduğum üç ay ərzində isə həyat yoldaşım “Expressbank”a müraciət edərək döyüşdə olduğumu və bunu nəzərə almalarını xahiş edib. Lakin dekabrın 26-da mən ordu sıralarından tərxis olunandan sonra gördüm ki, bank bu müraciəti nəzərə almayıb. “Expressbank”da mənə bildirdilər ki, üç ay döyüşdə olduğun müddətdə kreditinin üstünə əlavə olaraq 730 manat gecikmə faizi hesablanıb. Bildirdim ki, axı Ali Baş Komandan sərəncam verdi ki, şəhid ailələrinin krediti bağlanılsın, döyüşçülərin krediti isə döyüşdə olduğu müddətdə dondurulsun. Bankdan mənə bildirdilər ki, bu bizə aid deyil”.

F.Hüseynov deyir ki, indi də bank tələb edir ki, “Yaşat Fondu”ndan pul al, gecikmədən faizini ödə:

“Bir müddət öncə şikayət etdiyim üçün bank rəhbərliyi məni çağırıb dedi ki, gecikmə faizin silinəcək, amma şikayətlərini dayandır. Mən də onlara indandım və aylardı ki, gözləyirəm. Bu dəfə baxıram ki, gecikmə faizi artıq 800 manat olub. Soruşanda ki, niyə silmədiniz? Onlar deyirlər ki, biz sənə heç bir köməklik edə bilmərik, get “Yaşat Fondu”ndan pul al gətir gecikmədən faizini ödə. Mən bu adamlara başa sala bilmirəm ki, üç ay Vətən müharibəsində üstündə rahat yaşadığınız torpaq uğrunda döyüşə getmişdim. Döyüşdən gələn gündən hər ay aylıq kreditimi ödəyirəm. Mənə bunlardan başqa heç bir şey lazım deyil. Amma döyüşdə olduğum müddətdə gecikmə faizi mənə hesablanmalı deyildi. Sizdən xahiş edirəm mənə kömək edin”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz