Axtarış...

Məhkəmə sədri NARAZILIQ YARADIR... - İTTİHAM

Məhkəmə sədri NARAZILIQ YARADIR... - İTTİHAM

Suraxan rayon məhkəməsinin keçmiş hakimi, hazırda Zəngilan rayon məhkəməsinin sədri olan Gülsarə Kərimovna İmanova, onun katibi Mahmudov Ağa Alqulu oğlu və məsləhətçisi Vüsalənin əməlləri barədə çox yazmışıq.
Qısa xatırlatma üçün bildirək ki, Gülsarə Kərimovna Türmənistanda doğulub, orada təhsil alıb, bir müddət orada vəkil işləyib və günün birində Azərbaycanda peyda olub, gələn kimi də Suraxanı məhkəməsində hakim təyin olunub.
Dəfələrlərə başqa bir ölkənin vətəndaşının Azərbaycanda hakim təyin olunması, Gülsarə Kərimovnanın Azərbaycan vətəndaşı olub-olmaması, əgər olubsa, hansı əsaslarla ona vətəndaşlıq verilməsi barədə müvafiq orqanlara suallar və sorğular ünvanlasaq da cavab olmayıb.
Hətta Gülsarə Kərimovna şəxsən özü barəsində ona ünvanladığımız suallara cavab verməyib.
Bir sözlə, daşdan səs çıxıb Gülsarədən səs çıxmayıb.
Sonra Gülsarə Kərimovna İmanova, onun katibi Mahmudov Ağa Alqulu oğlu və məsləhətçisi Vüsalənin məcburi köçkün ailələrini kağız üzərində dağıtması, boşanmaları biznesə çevirməsi barədə də dəfələrlə yazmışıq.
Bir sözlə, Gülsarə-Ağa-Vüsalə “troykası” dövlətin adından saxta qətnamələr çıxararaq özləri üçün külli miqdarda pul qazanıblar. İtirən isə Azərbaycan dövləti olub.
Bu gün isə məhkəmə sədri Gülsarə Kərimovnanın dövlətin adından saxta qətnamə çıxartmasının bir sübutlu-dəlilli nümunəsini oxuculara təqdim edirik.
Yəni Tağı Əhmədov deməli, “burcutmağa” yer yoxdur, cənablar.
Deməli, Zəngilan rayon məhkəməsi 05.11.2020-ci il tarixdə İmanova Gülsarə Kərimovnanın sədrliyi , Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə 2(034)-436/2020 saylı qətnamə qəbul edib.
Ərizəçi Allahverdiyev Vaqif İrza oğlunun maraqlı şəxs AR Qaçqınlar və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN EDİB.
Qətnamənin mətnində dəfələrlə açıq-aşkar qeyd olunur ki, ərizəçi Allahverdiyev Vaqif İrza oğlu 13.05.1978-ci ildə Ermənistanın Meğri rayonunda anadan olmuşdur. O, 5 yaşı olarkən atası İrzanı və anası Allahverdiyeva Zeynəb Məmməd qızını ( 12.04. 1959 Meqri ) itirmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar Vaqif Ermənistandan didərgin düşərək xalasının ailəsi ilə 10 yaşında olarkən Zəngilan rayonunda məskunlaşmışdır. 1993-cü ildə Zəngilan rayonu işğal olunarkən Vaqif xalasının ailəsi ilə birgə Bakı şəhərində məskunlaşmışdır.
Qətnamənin başqa bir yerində qeyd olunur ki, Vaqifin valideynləri həyatda olmadığı üçün uşaq vaxtı onun qeydiyyata alınmağı çətinləşmişdir.
İndi özünüz gördünüzmü, Gülsarə Kərimovna bu saxta dəlillər əsasında dövlətin adından qətnamə qəbul edib.
Bəs əslində həqiqət nədir ?
Gundəlik-Bakı-nın dəqiqləşdirdiyi məlumata görə, Allahverdiyev Vaqif İrza oğlunun anası Allahverdiyeva Zeynəb Məmməd qızını ( 12.04. 1959 Meqridə anadan olub ) son vaxtlaradək “AZİ”nin yataqxanasında yaşayıb və təzəlikcə rəhmətə gedib. Əsl həqiqətdə isə Zeynəb həbsxanada vəfat edən rəfiqəsinin uşağına baxıb, himayədarlıq edib.
İndi gördünüzmü, Gülsarə-Ağa-Vüsalə üçlüyü necə saxta ssenarilər yazaraq dövlətin adından qətnamə çıxarırlar.
Bu birbaşa dövləti cinayətdir.
Gülsarə Kərimovnadan soruşan lazımdır ki, nəyinsə müqabilində qətnaməni qəbul edəndə barı bu sənədə baxardın:
Allahquliyev Zeynəb 1999
Allahquliyev Rzaqulu 2000
Allahquliyev Yəhya 2004
Allahquliyev Zaur 2007
Bu uşaqların ATA qrafası niyə boşdur, cənab Gülsarə Kərimovna?
Nəyinsə müqabilində qətnamə qəbul edəndə birincisi, bu uşaqların atalığını bərpa etməliydin, sonra bu uşaqların talehi barədə düşünməliydin, Gülsarə Kərimovna.
Amma sən nəyinsə müqabilində hər şeyə gedirsən...ölünü dirildirsən, dirini öldürürsən...
Bu “üçlüyün” saxta əməlləri bununla bitmir.
Gülsarə Kərimovnanın Nikoilbank işi ilə bağlı məhkəmə zalında Gülsarədən fərqli olaraq azərbaycanlı olan Anar və Şaiqi aşağılaması, onlara “kəsin səsinizi, dinməyin, susun” deməsi, Şaiqin “Mən sizi başa düşmürəm, tərcüməçi çağırın” deyəndə Gülsarənin özündən çıxması barədə növbəti yazıda bəhs edəcəyik.
P.S. Növbəti yazıda Anar və Şaiqin Prezidentə və ədliyyə nazirinə canlı video müraciətini təqdim edəcəyik. Şikayətçilər tələb edir ki, Gülsarə Kərimovnanın psixoloji durumu ciddi yoxlanılmalıdır. Ağa Mahmudovun isə ordudan yayınması səbəblərini göstərəcəyik. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz