Axtarış...

Məhkəmə zərərçəkən qaziyə vəkil ayırmaqdan imtina etdi... - GİLEY

Məhkəmə zərərçəkən qaziyə vəkil ayırmaqdan imtina etdi... - GİLEY

"Qarabağ qazilərinə qeyri -prosessual ilişgidə olduqları dələduz “Rəvan” sığorta şirkətinin adından Yasamal məhkəməsinə (hakim Ramin Qurbanov ) xüsusi ittihamlı cinayət işi sifariş edən Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn) maddi və prosessual hüquq normalarını pozması , hakimlərin yüksək HAKİM adına ləkə gətirən hərəkətləri daha eybəcər formada sürməkdədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Elşad Şamayev bu qeyri – prosessuallığına görə Ali Məhkəməyə, Yasamal məhkəməsinin hakimi Ramin Qurbanov ( Qaraqurbanlı) isə Bakı Apellyasiya Məhkəməsinə “yüksəlib” ! (?) Sabir demiş, kim nə deyər bizdə olan qeyrətə ?! Kim nə deyər bizdə olan məhkəmə hüquq islahatına!

Elşad Şamayev Ali Məhkəməyə təyinat alsa da, 2 ildən çoxdur 3-cü şəxs Qarabağ qazisinə kassasiya şikayəti verməyə dövlət büdcəsinin vəsaiti hesabına vəkil ayrılmasını təmin etməyib. Qazinin ali dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına, Ombudsmana iki illik şikayətləri, axırı, beş nəfərlik heyətin ( Elşad Şamayev, Məmməd Məmmədov, Rəşad Həsənov , Xəyal Sarıyev, Şeyda Məhərrəmova) 05.08.2021-ci ilə iclas təyin etməsi ilə sonuclanıb. Qarabağ qazisinin sağlamlığı iclasda iştirak etməyinə imkan vermədiyindən vəkillə təmin olunmasına vəsatət versə də, baxılmayıb. İslahata baxın, kassasiya şikayəti vermək üçün vəkillə dövlət büdcəsinin vəsaiti hesabına təmin olunma barədə ərizə verən yataq xəstəsi qazi ərizəsinə baxılması prosesində vəkillə təminatını diləyir və. ..diləyinə - vəsatətinə baxılmır! Amma 5 nəfərlik məhkəmə heyəti çıxdaş edilərək sədrlik edən Rəşad Həsənov, Məmməd Məmmədov və Vəfaddin İbayevdən ( heç demə ehtiyatda 6-cı hakim də var imiş !) ibarət məhkəmə üçlüyü (qaziyə vəkil ayırmasa da,) vəkilin “xidməti”ndən yararlanıb . Bakı Apellyasiya Məhkəməsi 9 saylı vəkil bürosunun Eldar Əliyarov adlı əməkdaşının məktubuna (?) əsasən , qaziyə 09.01.2019 tarixli 2-1 (103)-10812/19 saylı qərardad ilə vəkil ayrıldığını və bu qərardadın hələ də qüvvədə olduğunu əsas tutub kassasiya şikayəti vermək üçün vəkil ayrılmasından imtina edib. Özbaşınalığa, məhkəmə təminatı və müdafiəsi hüququna qadağaya , insan hüquqlarına hörmətsizliyə baxın, Bakı Apellyasiya Məhkəməsi özünün (guya) qəbul etdiyi 09.01.2019 tarixli 2-1 (103)-10812/19 saylı qərardadın olmasını 9 saylı vəkil bürosunun Eldar Əliyarov adlı əməkdaşının məktubu ilə müəyyən edib! (?) Cinayətkar saxtalıq, məhkəmə ilə vəkilin qeyri-prosessual işbirliyi göz qabağındadır. Saxtalıq elə həddədir ki, qazinin saxta vəkili Eldar Əliyarovun məhkəmədə iştirakı belə təmin edilməyib. Qarabağ qazisi çaşıb qalıb, ona vəkil ayrılıbsa, niyə vəkil şikayəti yazmayıb, niyə qərardad verilməyib? Vəkilə qərardad verilibsə, niyə məhkəmə qərarını icra etməyib? Vəkillər Kollegiyasının 9 saylı vəkil bürosunun vəkili Eldar Əliyarov bu özbaşınalığa elə özbaşına izah verib ki, köhnə -yeni islahat kimi qəbul oluna bilər : Qarabağ qazisi telefon zənglərinə cavab verməyib! (?) Bəyəm kassasiya şikayəti telefonla yazılır? Bir də, bu zəngləşmənin olub-olmadığını yoxlamaq belə çətindir? Anlamaq olmur, vəkil müdafiəçisi olduğu şəxsin hüquqlarını müdafiə etməlidir, yoxsa MƏHKƏMƏnin?

Dövlətin verdiyi pensiyadan, reabilitasiya vasitəsi avtomobildən Suraxanı yol polisi ( Tahir İsgəndərov) , Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsi (icra məmuru Vüsal Əliyev ) və məhkəməsini ( öncə hakim Gülsarə İmanova, sonra Ramil Həsənov ) qıraqdan rüşvət pultu ilə idarə edən 10-CK-200 nömrəli “Nissan” avtomobilinin “avtoşbala” sürücüsünün (Fərid Zakir oğlu Hüseynov) məmur atası və “Nurgün Motors”un törəməsi “Rəvan” sığorta şirkətinin sifarişi ilə məhrum edilən Qarabağ qaziləri 8 ildir prosessual yolla hüquqlarının bərpasına nail ola bilmirlər. Nə başlıca görəvindən biri əlilliyi olan şəxslərin müdafiəsini təmin etmək olan ƏƏSMN, nə hüquq mühafizə orqanları, nə Ombudsman , nə məhkəmə hakimiyyəti, nə də Vəkillər Kollegiyası qazilərə hüquqi yardım edir. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu, əksinə, qazinin pensiyasını icra, məhkəmə dələduzları ilə şərikli “rəvan”lıqla yeyir, hüquq mühafizə orqanları , Ombudsman , Vəkillər Kollegiyası

isə məhkəməyə vəkillik edir. Belə hüquqla, belə vəkilliklə , belə məhkəmə sistemi ilə yalnız Avropa İnsan Hüquqları Məhkəməsinə kimi getmək olar.

Məğrur Bədəlsoy

P. S. Bakı Apellyasiya Məhkəməsi və Vəkillər Kollegiyasının 9 saylı vəkil bürosu Qarabağ qazisinə 2019-cu ildə 2-1 (103)-10812/19 saylı qərardadla vəkil ayrıldığını bildirir. Yəni, sədri Elşad Şamayev olan, Məmməd Məmmədov və Aida Hüseyndən ibarət məhkəmə heyəti qazinin ərizəsini təmin edərək vəkil ayrılmasını VK-ya, VK da 9 saylı vəkil bürosunun Eldar Əliyarov adlı vəkilinə tapşırıb. Baxımlı filmdə deyildiyi kimi, BU QƏRARDAD MƏHKƏMƏDƏ, VƏKİLDƏ VARSA, NİYƏ BİZDƏ (QAZİLƏRDƏ ) OLMASIN? Bizə belə məhkəmə hüquq sistemi lazım olmasa da, qərardad mütləq lazımdır!"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz