Axtarış...

Azərbaycanda məhkəmə sədrinə töhmət verildi


MilliTV.az

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Bu barədə "Report"a Şuradan məlumat verilib.

Bildirilib ki,

Fikrət Məmmədovun

sədrliyi ilə keçirilən toplantıda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.

İclasda hakimlər barədə intizam icraatlarına baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri

Kəramət Əliyevə

irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri

Füzuli Pənahova

töhmət verilib. Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz