Axtarış...

"Bakı Apellyasiya Məhkəməsinin sədri ədalətin qarşısına çəkilmiş səddir" - Tanınmış vəkildən İTTİHAM

"Bakı Apellyasiya Məhkəməsinin sədri ədalətin qarşısına çəkilmiş səddir" - Tanınmış vəkildən İTTİHAMAzərbaycanın məhkəmə-hüquq sistemi sahəsindəki vəziyyətin acınacaqlı olması ictimaiyyəti narahat edən əsas məsələlərdən biri olaraq qalmaqdadır.

Tanınmış vəkil Adəm Məmmədov da Gununsesi.org-a açıqlamasında bu sahədə vəziyyətin dəyişməli olduğunu deyib.

Onun sözlərinə görə, ölkə başçısının “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” fərmanı bu sahədəki vəziyyətin göstəricisidir.

Onun sözlərinə görə, ölkənin ikinci instansiya məhkəməsində insanların daha çox hüququ pozulur: “Hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin vəzifədən azad edilməsi məhkəmə-hüquq islahatının inkşafına inamı artıra bilər. Ümumi apardığım təhlillər və araşdırmamın nəticəsi olaraq belə qərara gəldim ki, bu şəxs ədalətin qarşısına qoyulmuş bir səddir. Hətta dövlət ittihamçıları güzəştə getdiyi halda bu insan onlardan daha sərt olur”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz