Azərbaycanda məhkəmə sisteminin hansı durumda olması heç kimə sirr deyil.
Bu barədə ölkə başçısı da dəfələrlə öz çıxışlarında qeyd edib.
Ali Məhkəmənin yeni əzəmətli binasının açılışında cənab Prezident İlham Əliyev “Bu bina ƏDALƏT SARAYI olmalıdır “ dedi.
Amma, yüksək dövlət qayğısı ilə əhatə olunan hakimlərimiz öz tamahlarının əsirinə çevriliblər.
Bu barədə hətta Milli Məclisdə dəfələrlə deputatlar ciddi tənqidlərini bildiriblər. Hətta parlamentdə “Məhkəmə-hüquq sistemi fəlakətli durumdadır” kimi çox ciddi ittihamlar səslənib.
Amma nəticə çıxardan yoxdur.
Əgər ölkənin BAŞ ƏDALƏT SARAYI bu gündədirsə, hansısa ucqar, əyalət məhkəmələrində nə baş verdiyini göz önünə gətirin.
Gundelik-baku.com saytına daxil olan məlumata görə, Şəki rayon məhkəməsi sözün həqiqi mənasında rüşvət yuvasına çevrilib. Məhkəmənin hakimləri özlərini əsl makler kimi aparırlar.
Təsəvvür edirsiniz Qurana and içən, Konstitusiyaya əl basan hakimlər inzibati cərimələrdən pul qazanırlar.
Yəni Şəki məhkəməsində hakimlər vətəndaşdan 300 manat rüşvət alıb, əvəzində 200 manat inzibati cərimə yazırlar.
Lazım gələrsə, rayon sakini Mustafayev Kamran Nurəli oğlunun Şəki rayon məhkəməsinin hakimləri ilə bağlı dəlil-sübutlarını ortaya qoya bilərik.
Görəsən, Şəki rayon məhkəməsinin sədri, uzun illər məhkəmə sistemində çalışmış Ceyhun Əhmədov öz əməllərindən azca da olsa utanmır..?
Məlumat üçün qeyd edək ki, Ceyhun Əhmədov aşağıdakı vəzifələrdə çalışıb:
1986 - 1994
Ağsu Rayon Məhkəməsinin iclas katibi, dəftərxana müdiri
1997 - 2004
Sabirabad RPŞ-nin İstintaq bölməsinin müstəntiqi
2004
Yevlax RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı
2004 - 2008
Mingəçevir ŞPİ-də Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili
2008 - 2010
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi
2010 - 2013
Gəncə Apelyasiya Məhkəməsinin hakimi
2013 - 2017
Gədəbəy Rayon Məhkəməsinin sədri
2017 - h/h
Şəki Rayon Məhkəməsinin sədri
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//