Axtarış...

Liviyaya qarşı sanksiyaların müddəti uzadıldı



BMT-nin Təhlükəsizlik Şurası Liviyaya qarşı sanksiyaların uzadılması ilə bağlı qətnamə qəbul edib.

“RİA Novosti” xəbər verir ki, qadağalar həmçinin silahlara, neft məhsullarının idxalı və ixracına da şamil edilir.

Qətnamənin lehinə BMT-nin Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

Qərara əsasən, sanksiyalar cari ilin aprelin 30-dək uzadılıb.

Xatırladaq ki, 2014-cü ildə qəbul edilən 2146 nömrəli qətnamə Liviyadan qanunsuz xam neft ixracını qadağan etmişdi və BMT-yə üzv dövlətlərə açıq dənizdə gəmiləri yoxlamağa səlahiyyət vermişdi.
Text-to-Speech

DİNLƏ






Şərh yaz