Axtarış...

BMT Təhlükəsizlik Şurası Malidəki iğtişaşları qınadı


MilliTV.az

BMT Təhlükəsizlik Şurası Malidə hərbçilərin qiyamından sonra həbs edilmiş vəzifəli şəxsləri dərhal azad etməyə və hərbçiləri hərbi hissələrə qayıtmağa çağırıb.

XeberOxu.Az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının Malidəki vəziyyətlə əlaqədar təcili iclasının yekunları üzrə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri Malidəki son hadisələrə görə dərin narahatlıqlarını ifadə edirlər". Şuranın üzvləri avqustun 18-i Malidə baş verən hadisələri qınayıblar.

Təhlükəsizlik Şurasının üzvləri həmçinin ölkədə hüquqi və konstitusiya quruluşunun təcili şəkildə bərpa edilməsinin zəruriliyini vurğulayıblar.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz