Axtarış...

Tramp terrorçuların səyahət xərclərini ödəmək istəyib

Tramp terrorçuların səyahət xərclərini ödəmək istəyib

Tramp administrasiyası Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarının baş tutması üçün Talibanın səyahət xərclərini (o cümlədən, qidalanma və qalma) öz üzərinə götürmək istəyib.

Millitv.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı administrasiya Konqresə müraciət etsə də, qanunverici orqan bu vəsatəti təmin etməyib.

Konqres üzvləri belə maliyyələşmənin terrorçulara dəstək anlamına gəldiyini hesab edib.

Bu arada Pentaqon da Talibanla sülh danışıqlarına vasitəçilik etmək üçün federal büdcədən vəsaitin ayrılması ilə bağlı Konqresə müraciət olunduğunu təsdiq edib.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayından bəri Dohada ABŞ-ın vasitəçiliyi ilə Talibanla Əfqanıstan hökuməti arasında altı danışıqlar mərhələsi keçirilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz