Axtarış...

UNİBANK vətəndaşı evindən bayıra atır - Ali Məhkəmə bankı haqlı hesab edir…

UNİBANK vətəndaşı evindən bayıra atır - Ali Məhkəmə bankı haqlı hesab edir…

Dəfələrlə yazmışıq ki, banklar vətəndaşları əməlli-başlı istismar edir.
Azərbaycanda olan bank faizləri dünyanın heç bir ölkəsində yoxdur.
Xırda bir müqayisəyə baxaq. Banklar vətəndaşlara 28-30 faizlə kredirt verir. Vətəndaş aparıb öz halal pulunu banka qoyanda iki dəfə az faiz verir. Niyə ?
Bank qazananda iki dəfə artıq qazanır, amma vətəndaşa divident verəndə iki dəfə az.
Problem təkcə bu deyil.
Bank vətəndaşa kağız üstündə 25 min ABŞ dolları kredit verir, amma kassada vətəndaşa 19 min manat 400 manat verilir. Niyə ? Bu açıq-aşkar cinayətdir.
Başqa mühüm bir məsələ. Vətəndaş hansısa əmlakını banka ipoteka üçün girov kimi qoyanda əmlaka sahib olan hər kəsin, yaxud evdə qeydiyyatda olan hər bir şəxsin yazılı razılığı olmalıdır. Amma banklar bunu tələb etmir, öz maraqları üçün.
Ən dəhşətlisi isə odur ki, vətəndaşla bank arasında məhkəmə çəkişməsi olanda məhkəmələr rüşvət müqabilində bankların tərəfini saxlayır.
Bunu da dəfələrlə yazmışıq ki, Azərbaycanda mövcud olan məhkəmə-hüquq sistemi heç orta əsrlərdə olmayıb. İndi özünüz zavallı Azərbaycan vətəndaşının durumunu hiss edin.
Belə zavallı duruma düşən vətəndaşlardan biri – Sahib Abbasov Gündəlik Bakı -ya müraciət edib. Müraciəti olduğu kimi dərc edirik:
Mən – Abbasov Sahib 2012-ci ildə öz evimi girov qoyaraq UNİBANK-dan 25 min manat müqabilində kredit götürmüşəm. 2013-cü ilin sonunda krediti ödəyib qaytardım.
2-ci dəfə 2014-cü ilin may ayında sahibkarlıq fəaliyyətimi davam etdirmək üçün həmən bankdan 25 min ABŞ dolları kredit aldım, amma kassadan pulu alarkən mənə 19 min 400 manat pul verdilər. 12 ay heç bir gecikmə olmadan kreditin yarısını ödədim.
2015-ci ildə devalvasiya olduğu üçün iyun ayından etibarən pulu ödəyə bilmədim.
2019-cu ildə mənə məhkəmə qətnaməsi əsasında 19.600 dollar borcum olduğu haqqında məlumat verildi, sonra evim heç bir xəbərdarlıq edilmədən hərraca çıxarıldı və 150 min manat dəyərində evimi 51 min manata bank öz hesabına keçirdi, bankın adına çıxarış da alındı.
Halbuki, həmən evdə anam Abbasova Bibixanımın qeydiyyatı var ( bu ev onun birgə nigahda olduğu həyat yoldaşı ilə 1966-cı ildə tikdirdiyi evdir) və ev girov qoyularkən anamın heç bir sənəddə razılıq imzası olmayıb. İndi bank əməkdaşları bizi evdən çıxarmaq istəyir və anamın bu evdə yaşamaq haqqı olduğunu bilə-bilə onu evə qeydiyyatdan çıxarıblar. Evin bir hissəsi anamın olmalıdır. Hazırda mənim banka 19 min manat borcum var. Mən bütün vəsaitlərimi sataraq 25 min manat toplamışam. Bank razı olmur, deyir 51 min manat borcun var.
İndi isə baxaq görək məhkəmələrimiz bu problemi necə çözüb ?
Binəqədi rayon məhkəməsi bankı haqlı çıxararaq qətnamə qəbul edib. Yəni guya Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununu əsas götürərərək, qeyd edib ki, kredit vaxtında ödənilməyəndə girov qoyulmuş əmlak bank tərəfindən hərraca çıxarıla bilər.
Əcəba, Azərbaycan qanunları yaşlı qadının, uşaqların öz evlərindənn küçəyə atılmasını tələb edir ?
Yaşlı qadın 1966-cı ildən yaşadığı evindən küçəyə atılmalıdır ?
Siz evi girov götürəndə həmən qadından yazıl icazə almışdınız ? Əlbəttə, yox.
Bəs onda ay hakim, sən nə haqla qətnamə çıxardırsan ?
İkincisi, Bakı Apelyasiya məhkəməsi nə haqla birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayır ?
Bunu necə əsaslandırır ?
Allah qoymasa Ali Məhkəməmiz də hər iki məhkəmənin qərarını qüvvədə saxlayıb və nə yazsa, yaxşıdır:
Bankın hesabladığı CƏRİMƏ ƏDALƏTLİDİR və ev sahibi 1 aydan gec olmayaraq evi tərk etməlidir.
Bu yerdə adam demək istəyir ki…SƏNİN ƏDALƏTİN DƏ, MƏHKƏMƏN DƏ BUDUR ?
Bir gün bunun bədəlini ödəyəcəksiniz, cənab yaldaşlar ! //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz