Axtarış...

Payızda Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA

Payızda Azərbaycanda referendum keçiriləcək? - AÇIQLAMA

Milli Məclisin deputatı Tahir Kərimli payızda referendum məsələsinin müzakirəyə çıxarılacağını və burada proporsional seçki sisteminin bərpasının da gündəmə gətiriləcəyini deyib.

Deputatın sözlərini şərh edən ReAL-ın icra katibi Natiq Cəfərli Sfera.az-a açıqlamasında bildirdi ki, proporsional seçki sisteminin bərpası ölkədə yeni siyasi sistemin yaranmasına gətirib çıxara bilər.

N.Cəfərlinin sözlərinə görə, ölkənin gələcəyi proporsional seçki sisteminin bərpasını diktə edir:

"İllərdir ki, proporsional seçki sisteminin bərpası məsələsi gündəmə gəlir. Proporsional seçki sisteminin bərpası ölkədə partiyaların institutlaşmasına, güclənməsinə, siyasi debatların keyfiyyətinin yüksəlməsinə, partiyaların ideoloji əsasda cəmiyyətdə kifayət qədər tərəfdar toplamasına, ümumiyyətlə, yeni siyasi sistemin yaranmasına mühüm töhfə verəcək”.

Həmsöhbətimiz bildirdi ki, bununla da siyasi partiyaların güclənməsi yolunda dayanan əsas maneə və əngəllərdən biri qalxmış olacaq:

"Bu cür seçki sistemində partiyaların inkişafı mümkün deyil. Bu vəziyyətdə partiyalarda institutlaşma baş vermədiyi, ideoloji ayrılıq olmadığından, Azərbaycanda az qala 60-a yaxın partiya var. Onun da 52-si qeydiyyatdan keçib. Amma bu partiyaların əksəriyyətinin fəaliyyəti, proqram sənədləri və tezislərilə bağlı ictimaiyyətdə ciddi məlumat yoxdur. Proporsional seçkiyə keçid sözün yaxşı mənasında partiyaların ələnməsinə, güclü siyasi təşkilatların yaranmasına, institusional olaraq siyasi sistemin dayanıqlı olmasına yardım edəcək".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz