Axtarış...

Ən qızğın mübarizə bu dairələrdə gedəcək — SİYAHI



Artıq bu gündən etibarən fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində təbliğat-təşviqat kampaniyasına start verilib. Deputatlığa namizədlər seçicilərlə ilk görüşlərini keçirməyə başlayıblar.
Seçki marafonunda ən qızğın mübarizə Bakı və Bakıətrafı, həmçinin Qubadlı, Zəngilan, Cəbrayıl, Qazax seçki dairələrində gedəcək. Çünki ən çox deputatlığa namizəd adı çəkilən ərazilərdə qeydə alınıb.

“Ölkə.Az” MSK-nın rəsmi saytına istinadən xəbər verir ki, deputatlığa namizədlərin qeydə alınmasında birinci yerdə 15 saylı Yasamal Birinci Seçki dairəsidir. Bu dairədən 45 namizəd mandat uğrunda mübarizə aparacaq.

.İkinci yerdə 8 saylı Birinci Binəqədi Seçki Dairəsi gəlir ki, burada 41 nəfərin namizədliyini qeydə alınıb. Üçüncü yeri 16 saylı Yasamal İkinci Seçki Dairəsi, 34 saylı Xətai İkinci Seçki Dairəsi və 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsi bölüşür. Bu seçki dairələrinin hər birindən indiyədək 36 nəfərin namizədliyi qeydə alınıb.

4-cü yeri 45 saylı Abşeron Seçki Dairəsi bölüşür və burada 34 namizəd yarışacaq. Növbəti 5-ci yeri isə 33 namizədlə 13-cü Xəzər-Pirallahı Seçki Dairəsi bölüşür. 32 namizədlə 29-cu Səbayel Seçki Dairəsi, 31 namizədlə 9-cu İkinci Binəqədi, 125-ci seçki dairələri, 29 namizədlə 41 Sumqayıt, 27-ci Sabunçu və 107-ci Qazax seçki dairələri qərarlaşıb.
Ən namizəd Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, Naxçıvanda yerləşən seçki dairələrində 3-5 nəfər mandat uğrunda mübarizə aparacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz