Axtarış...

"Krisatl Abşeron"da həbslər gözlənilir... - İDDİA

"Krisatl Abşeron"da həbslər gözlənilir... - İDDİA

Öncə onu qeyd edək ki, “Kristal Abşeron” şirkətinin tikdiyi binalardan mənzil alanlar hər yerə şikayət edirlər.
Mənzillərin vaxtında təhvil verilməməsi, keyfiyyətsiz təmir, bağlanan kredit müqavilələrinin şərtlərinə əməl etməmək kimi problemlər alıcıları əməlli-başlı bezdirib.
Şikayətçilər deyir ki, müqavilədə məbləği dollarla göstərib bizi aldatdılar ki, narahat olmayın manatla ödəyəcəksiniz. Amma devalvasiyadan sonra məbləğ dolların yeni kursu ilə hesablandı.
Ən dəhşətlisi odur ki, “Kristal Abşeron”da ödəniş bank vasitəsilə deyil, şirkətin ofisində nağd formada olur.
Dünyanın heç bir yerində belə cinayət ola bilməz. Şirkətin nə ixtiyarı var ki, ödənişləri nağd qəbul edir.
Bu açıq-aşkar vergidən yayınmadır. Həm də söhbət 5-10 manatdan deyil, milyonlardan gedir.
Bütün bunlar azmış kimi satılan mənzillər lazım olan səviyyədə deyil, gecikən ödəmələrə görə, əlavə faizlər tələb olunur.
Bir sözlə, şirkətdə qanunsuzluqlar baş alıb gedir.
Bu şirkətin kimə məxsus olması ilə bağlı uzun müddət araşdırma gedib.
Düzdür, şirkət de-yure Tovuzdan olan iş adamı Məhayət Nəbiyevə məxsusdur. Yəni təsisiçi odur.
Amma onun dalında böyük bir məmur-deputat var.
Bəli, reallıq odur ki, bu gün hər şirkətin rəsmi təmsilçisindən əlavə, onun real sahibi, yəni “xozeyni” var.
“Kristal Abşeron”un “xozeyni” Ağalar Vəliyevdir.
Söhbət deputat, “Azəraqrartikinti”nin təsisçisi Ağalar Vəliyevdən gedir. Ağalar Vəliyev tikdiyi binaların üzlüyündə tez alışan materiallardan istifadə edir.
Uzun müddət “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışan Ağalar Vəliyev dövlət şirkətini “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinə çevirməklə həm deputat mandatını qoruyub, həm də şirkəti əldən verməyib. Çünki dövlət şirkətinin prezidenti deputat ola bilməz. Ona görə də, ASC sədri kimi bu gün də Milli Məclisin üzvüdür. Adam deməli heç nəyi əldən vermək istəmir.
Bütün bunlar azmış kimi deputat Ağalar Vəliyev həm də MTK-ya sahibdir.
Kasıb-kusub borc-xərc toplayıb özünə bir ev alır, sən isə yüz cürə maxinasiya edirsən.
Sənə kim icazə verib ki, Azərbaycan dövlətinin ərazisində ABŞ dolları ilə mənzil satırsan?
Bu azmış kimi mənzilləri 7-8 ay gec istifadəyə verirsən.
Kommunal xərcləri qaldırırsan və s.
Amma əsas mətləb odur ki, sabah kimsə Ağalar Vəliyevi ittiham edə bilməz. Çünki sənədlərdə onun adı deyil, Məhayət Nəbiyevin imzası gedir.
Və gundelik-baku.com-a daxil olan məlumata görə, şirkətlə bağlı şikayətlər ölkə rəhbərliyi səviyyəsinə çatıb. Yaxın zamanda şirkətdə ciddi yoxlamalar olacağı, hətta Məhayət Nəbiyevin həbsi gözlənilir. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz