Axtarış...

Elçin Ağamalı: «Kreditin böyük hissəsi ödənilib – MÜBAHİSƏ HƏLL OLUNMAQ ÜZRƏDİR»

Elçin Ağamalı: «Kreditin böyük hissəsi ödənilib – MÜBAHİSƏ HƏLL OLUNMAQ ÜZRƏDİR»
«Şirkətimizin «PAŞA Bank»a olan kredit borcunun böyük hissəsi artıq ödənilib və tezliklə qalan hissə də bağlanacaq». Bu barədə FED.az-a iş adamı, “Altus” MMC-nin sahibi Elçin Ağamalı bildirib. Xəbər veridiyi kimi, «PAŞA Bank» kredit mübahisəsi səbəbilə sözügedən şirkətə qarşı məhkəmədə iddia qaldırıb. Cavablehlər arasında Şirkətlə yanaşı, bir neçə şəxs, o cümlədən millət vəkili Fəzail Ağamalının oğlu Elçin Ağamalının da adı keçir.

E.Ağamalı FED.az-a müraciət edərək məhkəmə prosesi ilə bağlı vəziyyətə aydınlıq gətirib. Onun sözlərinə görə, iş adamına məxsus «Altus» MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: «Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətmizin «PAŞA Bank»a müəyyən məbləğdə borcları qalmışdı».

Qeyd edək ki, sözügedən kredit manatla alınıb, amma şirkət xariclə, o cümlədən avrozona ölkələri ilə əməliyyatlar apardığına görə, devalovasiya nəticəsində çətinliklərlə üzləşib.

Bu məsələni, ümumiyyətlə şirkətin üzləşdiyi çətinlikəri həll etmək üçün E.Ağamalı 2019-cu ilin yanvar ayından etibarən şirkətdə direktor vəzifəsini öz üzərinə görürüb: «Ötən müddət ərzində şirkətin fəaliyyətinin yaxşılaşdırılması sağlamaşdırılması və yenidən gəlirlə işləyə biləcək səviyyəyə çıxması üçün çox işlər görmüşük, problemlərin böyük əksəriyyətini həll etmişik».

Nəticədə banka olan kredit borcunun bir qismi də ödənilib: «PAŞA bank»ın məhkəmə müraciətindən sonra da əvvəl də banka olan borcların bir qismi ödənilib. Və son qalan borcla bağlı da məbləğin dəqiqləşdirilməsi üçün ekspertizaya müraciət olunub və ekspertizanın nəticələri gəldikdən sonra borc dəqiqləşdirildikdən sonra qalan məbləğ də ödəniləcək və banka olan borc da bitəcək.

E.Ağamalı FED.az-a bildirib ki «PAŞA bank»ın məhkəmə iddiası şəxsən ona qarşı deyil, əslində şirkətə qarşı qaldırılıb. Sadəcə yanvardan direktor vəzifəsini yerinə yetirdiyinə görə, iddia ərizəsində E.Ağamalının da adı keçib: «Xeyli də işlər görülüb, şirkət də artıq zərərlə işləməkdən qurtarıb, mənfəətə çıxıb və ekspertizanın nəticələri məlum olan kimi kredit də bağlanacaq»-deyə iş adamı bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz