Axtarış...

"BU INSAN CINAYƏTI DÜNYADAKI BÜTÜN SÜLHSEVƏR INSANLARIN RUHUNU YARALADI"

"BU INSAN CINAYƏTI DÜNYADAKI BÜTÜN SÜLHSEVƏR INSANLARIN RUHUNU YARALADI"


Bismillahir rəhmanir rəhim.

Dinlərin ali rəhbərləri, alicənablar, hörmətli alimlər və dünyanın azad insanları

Sizə və bütün haqq axtaranlara sonsuz salamlar.


Sülh və əmin-amanlıq işığında yaşamaq, Allahın insanlara bəxş etdiyi ilahi bir hədiyyədir, lakin təəssüf ki, bu ilahi bəxşiş bu gün bəziləri tərəfindən təhdid edilir və Allah tərəfindən verilmiş haqq zülm və cinayət yolu ilə onlardan alınır. Günlərdir İsrailin qanla ləkələnmiş əllərinin bir daha günahsız uşaqların, qadınların və mülki insanların qanına boyandığının şahidiyik və təəccüblüsü budur ki, bu qəddar hərəkət demokratiya iddiaçılarının və insan hüquqları müdafiəçilərinin gözü qarşısında həyata keçirilir və onlar səssizdirlər. Bu insan cinayəti dünyadakı bütün sülhsevər insanların ruhunu yaraladı. Dünya dinlərinin liderlərindən bu biabırçı hərəkət qarşısında susmamaları və məzlumların müdafiəsi üçün ən təməl dini təlimlərə uyğun olaraq təsirli addımlar ataraq bu cinayətin alovlu atəşini söndürməsini gözlənilir.

Heç bir azad insan açıq-aşkar zülm qarşısında susa bilməz və bu arada “azadlığın” onların şəxsiyyətlərinin xüsussiyyətlərindən və sosial statuslarından olan olan dini liderlərdən və mədəniyyət xadimlərindən bu gözlənti yüz qat artıqdır.

Xatırladaq ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin dediyi kimi Fələstində davamlı sülh və təhlükəsizliyin bərqərar olması yalnız qaçqınların geri qayıtması və bütün sakinlərinin, müsəlmanların yəhudilərin, xristianların kollektiv qərarı ilə mümkün olacaqdır.

Buna görə də illərdir dinlərin bilik və anlayışını inkişaf etdirmək və bunun nəticəsi olaraq onların işbirliyini inkişaf etdirmək üçün çalışan İran İslam Respublikasının Dinlərarası Dialoq və Koordinasiya Şurasının sədri olaraq bütün dini liderləri və mədəniyyət xadimlərinin İlahi peyğəmbərlərin qalxdığı yer və Fələstin torpaqlarında baş verən bu ağır cinayətlərin mənşəyini qınamağa və cavabdeh olduqları dini və insani vəzifələrin yerinə yetirilməsində layiqli bir addım atmalarına dəvət edirəm.

Uca Allahdan bu vacib məsələdə bizə kömək etməsini diləyirik.

İran İslam Respublikasının Dinlərarası Dialoq və Koordinasiya Şurasının sədri Dr.Əbuzər İbrahimi
Text-to-Speech

DİNLƏ






Şərh yaz