Axtarış...

DÜNYADA TÜĞYAN EDƏN KORONOVİRİS

2020 ci ilin tarixi səhifəsinə qorxunc imzasını atan koronovirus, ilin ən təhlükəli bəlası adıyla qeydə alınması daha məntiqə uyğun olardı.

DÜNYADA TÜĞYAN EDƏN KORONOVİRİS
Dünyada tüğyan edən koronovirus ölkələrdə insanların vəziyyətini iflic halına gətirib çıxarıb . Mövzumuza bir az politik diqqət yetirsək koronovirus bəlasına daha geniş aydınlıq gətirə bilərik. Sağlamlığımızı təhdid edən bu xəstəlik hər kəsə təəcüblü və qorxuncdur. Koronovirus nədir və dünyaya gələ bu bəla hardan qaynaqlanır? Bir neçə il bundan öncə insanları quş qripi virusu ilə üz-üzə qoydular. Onun ardınca donuz qripi, hal-hazırkı bəla isə koronovirus oldu.

Koronovirus coğrafiyasına nəzər salsaq mənbəyi Çində başlayıb Avropa və Asiyaya qədər gedib çıxdı. Virus getdikcə dünyada ölkələr arasında yayılaraq insanların həyatını blokada altına aldı. Koronovirusun səbəbini nədə - yeyilən qidalarda, içdiyimiz sulardamı görək. Gedişatın dərinliyinə varsaq belə qərara gələmək olar ki, bu proses dünyaya hegemonluq edən dövlətlərin əlində bir siyasi oyundur.Tarixi baxımdan dünyada ölkələr arasında gedən İqtisadi savaşın yeri siyasi savaşla əvəz edildi .Siyasi savaşın son anı da gəlib çatdı.Əcaba hazırda gedən savaş necə adlandırılacaq.

Dünyada insan nüfuzu sürətlə artmaqdadır. Hazırda yaranan savaş isə dünyada insan nüfuzunun artımı qarşısının alınması sisteminə daha çox bənzəyir .Bəlkə də insan beynini müxtəlif informasiyalardan format etmək üçün bu bir taktikadır. Dünyanı idarə edən hegemon qüvvələrin niyyətləri insaların beyinlərini təmizləməklə qlobal robortlaşma əsrini yaratmaq ideyasını gerçəkləşdirməkdir. Onların gələcəkdə canlı insanları robortlaşdırmaqla dünya miqyasında mövcud həyatı dəyişdirmək məqsədlərini yerinə yetirmiş olacaqlar.

Dünya bir qitədən başqa bir qitəyə çevriləcəkdir.

Artık dünya yaradan və dəyişən İlahi varlıq tərəfindən deyil , insan oğlu tərəfindən yaradılır və dəyişir.Sizcə bu dünyanın sonunun gəlməsinə bir işarət deyilmi.Koronovirus siyasətinə başqa bir prizmayla da yanaşaq. Düşünsək ki, bu oyun dünyada ticarət baxımından öndə gedən ölkələrə bir siyasi hücumdur desək yanılmış olarıq.Çünki, ticarətə zərbə yetirilərsə dünyada fərqli ölkələr daxil olmaqla yanaşı ,savaşı yürüdən ölkəyə də ağır zərbə dəymiş olacaq.

Ticarəti olmayan ölkənin iqtisadiyyatı da çökmüş olur. Demək məqsəd başqadır.Burdan belə bir nəticəyə gəlib çıxmaq olur ki, koronovirus insanlara xəstəlik oyunu olaraq yeni bir savaşın- insan üzərində dünyaya hegemonluq edənlər tərəfindən aparılan təcrübələrin siyasi bir oyunudur.

Koronovirus siyasi savaşını dünyaya hökm edənlər minlərlə bu xəstəliyin qurbanına çevrilən günahsız insanların haqqını necə ödəyəcəklər.


Ardı var


Araşdırmaçı Müxbir
Rüstəmova Xumar

MİLLİTV.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz