İlahi qismətdən bu il biz Məhərrəm ayını koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü zamanda qarşıladıq. Dünyanı bürüyən bu pandemiya insan sağlamlığı üçün böyük təhlükədir. Bu isə dünya müsəlmanları üçün ehtiyac tədbirlərinin vacibliyini önə çəkdi. Avqustun 30-u Aşura günüdür. Hər il bu mərasim xüsusi formada qeyd edilirdi. Bu il isə pandemiyaya görə Aşura mərasiminin kütləvi formada keçirilməsi məqsədəuyğun deyil.
Bu sözləri AzərTac-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
O qeyd edib ki, dini ibadətlərdə önə çəkilən mühüm məsələlərdən biri də təhsildir. Pandemiyaya görə təhsilin dayandırılması isə dövlətimizin vətəndaşların sağlamlığını nə dərəcədə böyük önəm verdiyini göstərir. İnsanlar öz evlərində təziyə mərasimləri keçirə bilərlər. Dövlətimiz insanların həyatını qorumaq üçün böyük işlər görür. Bu işlərin daha təsirli olması üçün isə insanlar Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara riayət etməlidirlər.