Axtarış...

Ramazan ayının 16-cı gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının 16-cı gününün imsak, iftar və namaz vaxtları


Sabah Ramazan ayının 16-cı günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 29-da imsak vaxtı saat 04:03-də, iftar vaxtı isə 19:48-dədir.

Aprelin 29-u üçün namaz vaxtları:

Sübh azanı 04:13
Zöhr azanı 12:38
Əsr azanı 17:31
Məğrib azanı 19:48
İşa azanı 20:57

16-cı günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin!”

Tərcüməsi: “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
Text-to-Speech

DİNLƏ






Şərh yaz