Bu günlərdə hər şey koronavirus səbəbindən sükutla keçirilir və ya bəzi həqiqətlərin unutdurulmasına cəhd edilir. 42 il əvvəl İran İslam Respublikasının mərhum ali lideri İmam Xomeyni (r) müqəddəs Ramazan ayının son cümə gününü İslam dünyasının nüfuzuna, İslam ümmətinin vəhdət və birliyinə, fələstinlilərin sionist zülmdən qurtuluşuna gətirib çıxaracaq “Beynəlxalq Qüds günü” adlandırdı. Sionizmin nə zaman yarandığını və buraya necə gəldiklərini heç düşündünüzmü?
Yəhudi və sionist dövlət yaratmaq fikri 19-cu əsrin sonlarına təsadüf edir və avropalılar, xüsusən ingilislər tərəfindən yəhudilər üçün bir “ev tikmək” planı ilk dəfə 1886-cı ildə dünyada “sionizmin atası” kimi tanınan avstriyalı jurnalist Teodor Hertsl tərəfindən irəli sürülmüşdür. Hertsl özünün sionizm layihəsini yerinə yetirmək üçün böyük dünya güclərinin, xüsusən İngiltərənin təsdiqini almağa çalışırdı. 19-cu əsrin sonlarından Teodor Hertsl o illərdə daha çox xəyal kimi olan “İsrail Dövləti” ideyasını həyata keçirmək üçün dünyanın bütün yəhudilərini Fələstin torpaqlarında bir araya gətirməyə çalışdı. İngilis dəstəyi ilə bu hökumətin qurulmasından sonra Fələstin əhalisinin 8 %-dən azı yəhudi, qalanları isə müsəlman ərəblər idi. Sonrakı illərdə sionistlər dəfələrlə elan etdilər ki, Fələstin bir dövlət olaraq qurulmamalı və fələstinlilər tam bir dövlət xüsusiyyətlərinə sahib olmamalıdır.
Bir vaxtlar Nildən Fərata qədər şüarı verən Qüds işğalçıları, fələstinlilər üzərində yarım əsrlik hökmranlıqdan, fələstinli qadın və kişiləri öz qanına qəltan etdikdən, Qəzza və Livandakı ardıcıl məğlubiyyətlərdən sonra, bu gün öz təhlükəsizliyini təmin etmək üçün öz ətrafına divarlar hörür və sionist qəsəbələri inşa etdirir. Bu fakt da Fələstin xalqının onları qanuni saymadığını və öz hüququnu təmin etmək əzmində olduğunu göstərir. Fələstinin ən vacib şəhəri olan Qüds xüsusi İslami əhəmiyyətə malikdir. Çünki Məscidi-Əqsa bu tarixi şəhərdəki müsəlmanların ilk qibləsidir.
Və bu torpaq Qurani Kərimdə müqəddəs bir torpaq kimi xatırlanır. İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətinin başlanğıcından hicri ikinci ilinə qədər Peyğəmbərin namaz və ibadətlər zamanı qibləsi Qüds idi. Heç şübhəsiz hicrətdən əvvəl, Həzrət Peyğəmbər (s) Məkkədə yaşadığı 13 il ərzində də Qüdsə tərəf dayanıb namaz qıldı. İmam Xomeyni 7 avqust 1979-cu ildə, İsrail qüvvələri tərəfindən Livanın cənubu bombalanandan sonra dünyaya, xüsusən də müsəlmanlara bir mesaj göndərərkən bu cür hücumların təhlükələrini xatırlatdı və bunları söylədi: “Mən bütün dünya müsəlmanlarını və İslam dövlətlərini bu qəsbkarın və onun himayədarlarının əllərini kəsmək üçün birləşməyə, Qədr günləri olan və Fələstin xalqının taleyini təyin edə biləcək müqəddəs Ramazan ayının son cümə gününü “Qüds günü” olaraq qeyd etməyə dəvət edir və onları Fələstin müsəlman xalqının qanuni hüquqlarını dəstəkləmək üçün müsəlmanlarla beynəlxalq həmrəyliklərini ifadə etmək üçün toplaşmağa çağırıram. Allahdan müsəlmanların kafirlər üzərində qələbəsini diləyirəm.”
İmam Xomeyni (r) “Qüds günü”nü təsis edərək, müsəlman millətlər içindəki və Fələstinli ərəblərin müdafiəsi üçün bütün ixtilaf zəminlərini təmizlədi və müsəlman ümməti arasında birlik üçün zəmin yaratdı. Qüds günü İslam günü kimi qəbul edildi və İmam Xomeyninin (r) ən vacib strategiyalarından biri idi. İmam Xomeyninin (r) fikrincə sionizm İslama qarşı bir hərəkatdır. O həzrət “Qüds günü”nü təsis etməklə və bu məsələni tək bir ərəb kateqoriyasından İslam kateqoriyasına dəyişdirərək İslam dünyasını İsrailin böyük təhlükəsinə qarşı birləşməyə çağırdı. Qüds məsələsində müsəlmanların əsas məqsədi və strategiyası fələstinlilərin referendum yolu ilə öz vətənlərinə qayıtmasıdır. Fələstin müsəlmanlar üçün yalnız bir torpaq və diyar deyil, həm də İslam dünyasının bir mədəniyyəti və İslam kimliyinin bir hissəsidir. İmam Xamenei işğalçı rejim haqqında deyir: Biz həqiqətən də sionistləri İslam dünyasının düşməni hesab edirik. Fələstin məsələsi İslam baxımından bütün müsəlmanlar üçün, o cümlədən bizim üçün təməl bir məsələ və bir fərizədir. Bu səbəbdən, İslam dünyasının kimliyini geri qaytarmaq, Fələstin xalqının hüquqlarını qorumaq və küfür üzərində qələbə qazanmaq üçün, dinc və qanuni yollar işə yaramırsa, mübarizəyə və müqavimətə getməliyik. Fələstin xalqı bu mesajı yaxşı başa düşür və davamlı müqavimətlər bunun nəticəsidir.
Son bir neçə onillikdə, bəzi İslam hökumətləri təəssüf ki, İslam amalına və Fələstin məsələsinə xəyanət etsələr də, İslam dünyasındakı ictimai rəy Fələstinə və müqavimətə dəstək istiqamətində irəliləyir. Qüds gününü dünya xalqlarının məlumatlandırılması üçün bir zəmin olaraq qəbul edilməlidir ki, İslam dünyasının digər xalqlarının Qüds günü ilə həmrəy olmasıBeytül-Müqəddəs üçün böyük bir zəfər vəd edəcəkdir. Həqiqət budur ki, Qüds günü fenomeni bir vicdan məsələsidir. Bu məsələdə bütün beynəlxalq qaydalar, beynəlxalq hüquqlar, insan hüquqları, qadın hüquqları, uşaq hüquqları, ədalət anlayışı, insanlar üçün yaşamaq hüququ və s. tapdalanmışdır. Qərbdə bir uşaq öldürüldükdə və ya bir qadının hüquqları pozulduqda dünyanın qulaqlarını öz səsləri ilə kar edirlər, amma təəssüf ki, bu yetmiş ildə minlərlə fələstinli müsəlman uşaq və qadın öldürüldü, işgəncə gördü və evlərindən və torpaqlarından didərgin düşdü, lakin Qərbdə heç kim səsini çıxartmadı.
Bu, beynəlxalq qaydaların dəyişdiyi anlamına gəlmirmi? Qüds gününün İslam ümmətinin oyanış günü olacağı gözlənilir və bu gündə sionistlərin və müstəkbirlərin bütün pis əməlləri, o cümlədən onların nöqteyi-nəzərindən sülh müqavilələrinin zorla qəbul etdirmək, yəhudiləri işğal olunmuş ərazilərə köçürmək və BMT qərarlarına rəğmən yəhudi şəhərciklərinin salınmasına israr etmək, əsrin müqaviləsini tətbiq etmək, ABŞ səfirliyini Beytül-Müqəddəsə köçürmək, Qüdsün ərazisini (Böyük Qüds şəhər ərazisi) genişləndirmək, Məscidül-Əqsa məscidindəki namazqılanlara hücum etmək, İslamı və müsəlmanları təhqir etmək və ...
Əvvəldən işğalçı rejimin qeyri-qanuni formalaşmasının və Fələstin ərazisinə təcavüzün qarşısını alsaydılar, fələstinlilərin əlinə silah alaraq müqavimət göstərməsinə ehtiyac olardımı? Bu sualın cavabı qətiliklə xeyrdir. Görünür istikbar dünyası nəyin bahasına olursa olsun fələstinliləri əsas hüquqlarından məhrum etməyə əhd bağlayıb ki, maksimum təzyiq altında işğalçı rejimin kimliyini qəbul etsinlər və nəhayətdə bəlkə onlara da kiçik bir torpaq verilə bilər, lakin müstəqil torpaq yox. Bu fikir son 50 ildə dəfələrlə müstəkbirlərin məşum planlarında istifadə edildi və sonuncusu əsrin müqaviləsi adlanan planda gizlənmişdi. Bu plana əsasən fələstinlilər aşağıdakı xüsusi şərtlər daxilində öz müstəqil dövlətlərini qura biləcəkdilər:
1) Fələstin dövlətinin ordusu olmamalı;
2) Fələstin səması üzərində nəzarəti olmamalı;
3) Sərhəd keçidləri üzərində nəzarəti olmamalı;
4) Xarici ölkələrlə hər hansı bir müqavilə bağlamaq hüququ olmamalıdır!! ABŞ hökuməti bu planı bəzi ərəb dövlətlərinin təşviqi və bölgəyə böyük investisiyalar yatırmaq vədi ilə fələstinlilərə qarşı sonsuz bir zülmlə tətbiq etməyə çox çalışdı, lakin bu plan sağlam düşüncəyə, insan vicdanına, fələstinlilərin mütləq hüquqlarına zidd olduğu üçün qəbul edilmədi. İsrail hər gün Fələstin ərazilərində təhlükəsizlik təzyiqlərini artırmaqla günahsız insanların qanını axıdır, lakin fələstinlilər qanlarının tökülməsini daha böyük rüsvayçılıqdan üstün tuturlar.
Qüds günü Fələstin bölgəsindəki bu planları, vəhşilikləri və insan haqları pozuntularını xatırlamaq və bu barədə bir anlıq düşünmək üçün bir gün hesab oluna bilər. Qüds günü, Fələstin torpağının yalnız müsəlmanlar üçün deyil, bütün ilahi dinlər üçün müqəddəs məkan və səmavi dinlərin doğulduğu yer olduğunu xatırladır. Bu torpaqlarda qan və zülm olmamalıdır, lakin 21-ci əsr insanlarının qəlbləri o qədər daşlaşıb ki, nə Məscidi-Əqsa ilə, nə bu torpaqdakı ibadət məkanları və peyğəmbərlərə vəhy nazil olunan yer ilə maraqlanmırlar. Daha doğrusu, bu bölgədə zalım və Allahsız məqsədlər güdürlər və təəssüflər olsun ki, böyük dövlətlərin də hədəfləri budur. Bu yolda məzlum Fələstin xalqının müqavimət göstərmək, intifada etmək və evlərini və ailələrini qorumaqdan başqa çarəsi qalmır. Bu səbəbdən İmam Xamenei, Fələstin məsələsinin bu gün İslam dünyasının ilk mövzusu olduğunu vurğulayır və başqa yerdə “Fələstin məsələsi beynəlxalq İslam məsələlərində ön plandadır” deyir.
Gəlin bu gün Qüds və fələstinlilərə olunan zülm haqqında daha çox düşünək. İlahə Məmmədova
ilahiyyətçi, ekspert