Türkiyə Peşəkar Futbol İntizam Qurumu “Fənərbağça” ilə derbi matçında yol verdiyi hərəkətlər səbəbilə “Qalatasaray”ın futbolçusu Arda Turana iki oyunluq cəza tətbiq edib.
Millitv.az xəbər verir ki, qərar Türkiyə Futbol Federasiyasının rəsmi saytında dərc olunub.
İntizam Qurumunun qərarına əsasən, futbolçu iki oyunluq diskvalifikasiya ilə yanaşı, həm də 13 min lirə cərimə ödəməli olacaq.